ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi “Azneft” İB-nin Eko Park İnnovasiya və Tullantıların İdarə Edilməsi Mərkəzlərində “Özbəkneftqaz” SC-nin nümayəndə heyəti ilə görüş keçirilmişdir.
SOCAR-la “Özbəkneftqaz” SC arasında əməkdaşlığın genişləndirilməsi sahəsində imzalanmış “Yol xəritəsi”nin 11-ci bəndinin icrası ilə əlaqədar, ekologiya, enerji keçidi, dekarbonizasiya, istehsalın karbon izi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, hidrogen istehsalı sahəsində təcrübə mübadiləsi və mümkün əməkdaşlıq sahələrinin öyrənilməsi üçün sözügedən şirkətin nümayəndələri 12-15 dekabr 2022-ci il tarixində Bakıda səfərdə olmuşlar. 

Səfər zamanı “Özbəkneftqaz” SC və SOCAR əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi aparılması məqsədilə tərəflərin nümayəndələri ilə bir sıra görüşlərin keçirilməsi və istehsalat sahələrinə səfərlər nəzərdə tutulmuşdur.
“Özbəkneftqaz” SC-nin nümayəndə heyəti ilə 13 dekabr 2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi “Azneft” İB-nin Eko Park İnnovasiya Mərkəzində və Tullantıların İdarə  Edilməsi Mərkəzində  görüşlər keçirmişdi.
Görüşdə “Özbəkneftqaz” SC-nin Əməyin mühafizəsi və dayanıqlıq inkişaf üzrə İdarə heyəti sədrinin müşaviri Alişer Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti, SOCAR Ekologiya və enerji keçidi məsələləri üzrə departamentinin Ekoloji monitorinq şöbəsinin rəisi İlham Əsgərli, “Azneft” İB-nin Ekoloji layihələrin idarə edilməsi şöbəsinin rəisi Məmmədhüseyn Müslümov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun müavini Yaqub Ağasiyev, Eko Park İnnovasiya Mərkəzinin rəisi Tahir Şıxəliyev və əməkdaşlar, Tullantıların İdarə Edilməsi Mərkəzinin rəisi Orxan Qəndilov iştirak etmişlər. 
Əvvəlcə sözügedən şirkətin nümayəndə heyəti Eko Park İnnovasiya Mərkəzində olmuşdur. Parkla tanışlıqdan sonra Enerji İdarəetmə Mərkəzində Alternativ enerji mənbələrinin təlim qurğuları, İstixanalarda əkim şəraiti və prosesləri, fidanlıq və maarifləndirmə sahəsi ilə tanış olduqdan sonra Mərkəzdə çay süfrəsi arxasında qonaqları maraqlandıran digər suallar cavablandırıldı.
Daha sonra görüşün davamı olaraq “Özbəkneftqaz” SC-nin nümayəndə heyəti Tullantıların İdarə Edilməsi Mərkəzində olmuşdur.
Görüş zamanı nümayəndə heyətinə Mərkəz haqqında geniş məlumat verilmiş və Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində istehsalat prosesləri zamanı formalaşan bütün növ tullantıların müasir tələblərə uyğun idarə edilməsi, neft-qaz, neft-kimya sənayesində formalaşan tullantıların qeydiyyatı, çeşidlənməsi, toplanması, zərərsizləşdirilməsi və utilizasiyası kimi bütöv bir prosesi əhatə etməklə tullantıların idarə edildiyi bildirilmişdir. Həmçinin Mərkəz ərazisinə baxış keçirilən zaman istismar olunan üç ədəd qazma şlamı emal edən qurğular barədə məlumat verilmiş, qazma tullantılarının zərərsizləşdirilməsi prosesi ətraflı izah edilmişdir.
“Özbəkneftqaz” SC-nin nümayəndə heyətinin mütəxəssisləri istər Eko Park İnnovasiya Mərkəzində  istərsə də Tullantıların İdarə Edilməsi Mərkəzində görülən işləri yüksək qiymətləndirmişlər. 
 

















 

tarix : 16.12.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.