ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (01 dekabr 2022 – 13 dekabr 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, “Abşeronneft”, “Bibiheybətneft”, N.Nərimanov, Ə.Əmirov adına NQÇİ-nin inzibati binaları və sahələrində, “28 May” NQÇİ-nin inzibati binası və onun strukturuna aid olan “Neft Daşları”, Qazın Tam Hazırlanması və Nəqli (Qaradağ, Zirə),  Neftin Tam Hazırlanması və Təhvili (Dübəndi) sahələrində, Dalğıc Xilasetmə xidmətinin inzibati binası, sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan  Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri sahəsində, Qaz Emalı zavodunda, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Dübəndi İstehsalat, İxrac İstehsalat Bölümlərinin inzibati binalarında, Anbar Təsərrüfatı Bölümünün sahələrində, Qaradağ İstehsalat Bölümünün Puta, Daşgil, Lökbatan və Böyükşor Neftin Təhvili sahələrində, Abşeron İstehsalat Bölümünün Sabunçu, Suraxanı, Böyükşor və Sumqayıt Neftin Təhvili sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 4, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Hövsan, Digah, Cilov, Şimal, Qaradağ və Sumqayıt Qaz Paylayacı Stansiyalarında, Balaxanı Kompressor stansiyasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Sumqayıt şəhər Qaz İstismar sahəsində, Bakı Regional Qaz Ölçü Qovşağı Xidmət departamentinin inzibati binasında, Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Yasamal, Nəsimi, Abşeron, Binəqədi, Səbail, Nizami, Xətai, Sabunçu, Suraxanı və Qaradağ Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin  1, 2, 3 və 4  saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa sahələrində, Layihə Konstruktor Bürosu və Bakı Regional Qaz Sayğaclar departamentinin inzibati binasında, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Anbar Təsərrüfatı Bölümündə, Ümumi Tikinti sahəsində,  Qaz Kəmərlərinin Sökülməsi üzrə sahəsində, Texniki Nəzarət şöbəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı Anbar Təsərrüfatı Bölümlərində, “Bulla-Sahil” İstehsalat, Neft Daşları-Günəşli İstehsalat, Qazma Servis İstehsalat Bölümlərinin inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün “Bahar”, “Azəri”, “Sənqəçal” Mühəndis Geoloji Ekspedisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İmpretasiya Ekspedisiyasında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümünün Naviqasiya və Mühəndis Topogeodeziya Ekspedisiyası Dəniz Radionaviqasiya Partiyasının inzibati binasında, Kompüter Mühəndisliyi Axtarışı İstehsalat Bölümündə, Sosial İnkişaf İdarəsinin Anbar Təsərrüfatında və Bakı Olimpiya Stadionunda, Təhlükəsizlik, Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol və Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət departamentində, Abşeron – Qala İnformasiya və Kommunikasiyaları Texnoloji Xidmət, “28 May” NQÇİ-dəki İnformasiya Kommunikasiyaları Xidmət sahəsinin inzibati və yardımçı binalarında, Daşgil-Sənqəçal Rabitə İnformasiya sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, “Ümid-Babək” Əməliyyat Şirkətinin Mərkəzi Anbarında və Tikinti sahəsində, H.Z.Tağıyev adına Əməliyyat şirkətində, Bakı Ali Neft Məktəbində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, eyni zamanda, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 386 342 m2  deratizasiya, 352 711 m2  dezinseksiya və 28 130 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR AQŞ-nin ərazisində yerləşən 15 m3  -lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2023-ci il 01 yanvar saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

 

















 


tarix : 21.12.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.