ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (14 dekabr 2022 – 22 dekabr 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
“Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında, “28 May” NQÇİ-nin inzibati binası və onun strukturuna aid olan Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə),  Neftin Tam Hazırlanması və Təhvili (Dübəndi) sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Dübəndi İstehsalat, İxrac İstehsalat Bölümlərinin inzibati binalarında, Anbar Təsərrüfatı Bölümünün sahələrində, Qaradağ İstehsalat Bölümünün Puta və Daşgil Neftin Təhvili sahələrində, Abşeron İstehsalat Bölümünün Suraxanı və Sumqayıt Neftin Təhvili sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Masazır, Xırdalan, Digah və Qaradağ Qaz Paylayacı Stansiyalarında, Korroziyadan Mühafizəsi departamentində, Balaxanı Kompressor stansiyasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Yasamal, Nəsimi, Abşeron, Binəqədi, Səbail, Nizami və Suraxanı Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 2 və 3 saylı Təmir Quraşdırma, 2 və 4 saylı Qəza Təmir Bərpa sahələrində, Layihə Konstruktor Bürosu və Bakı Regional Qaz Sayğaclar departamentinin inzibati binasında, Anbar Təsərrüfatı Bölümündə, Texniki Nəzarət şöbəsində, Metrologiya departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan “Neft Daşları-Günəşli” İstehsalat Bölümünün inzibati binasında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün “Sənqəçal” Mühəndis Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İmpretasiya Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümünün inzibati binasında, Sosial İnkişaf İdarəsinin Anbar Təsərrüfatında, Gənc İstedadlar Təhsil Kompleksinin, Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol və Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil-Səngəçal Rabitə İnformasiya sahəsində, İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət departamentində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, H.Z.Tağıyev adına Əməliyyat şirkətində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, eyni zamanda, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 266 045 m2  deratizasiya, 258 018 m2  dezinseksiya və 22 127 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2023-ci il 01 yanvar saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
 

















 


tarix : 23.12.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.