ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2022-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-də Risklərin idarə edilməsi sahəsində işlər həyata keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Risklərin idarə edilməsi sisteminin tətbiqi 2022-ci ildə başlanılmışdır. Bununla əlaqədar Cəmiyyətin Baş direktorunun müvafiq 28 iyul 2022-ci il tarixli 352 saylı əmri ilə aidiyyəti İşçi qrupu yaradılmışdır. QSC-nin “Risklərin idarə edilməsi üzrə Təlimat Toplusu”, Cəmiyyətin biznes proseslərinin siyahısı, əsas və köməkçi biznes proseslərin səmərəliliyi təsdiq və təhlil edilmişdir. Bundan sonra, QSC üçün önəmli olan biznes prosesləri üzrə risklər aşkarlanmış və nəticədə əhəmiyyətli risklərin reyestri təsdiq edilmişdir. Hər bir risk üzrə 2022-ci il üçün Risk pasportları hazırlanmış, risklərin idarə edilməsi üçün detallı qiymətləndirmə aparılmış və müvafiq tədbirlər həyata keçirilmişdir. Risklərin idarə edilməsi sahəsində biznes proses sahiblərinin nəzəri və praktiki bilik və bacarıqlarını artırmaq məqsədilə Risklər üzrə menecer Elnur Əlizadə tərəfindən təlim keçirilmişdir.

Cari ildə risklərin idarə olunması sahəsində icrası nəzərdə tutulmuş tədbirlərin icra statusunun yoxlanılması və 2023-cü il üçün ehtimal olunan risklərin aşkarlanması məqsədilə Cəmiyyətin bütün struktur bölmələrini əhatə edən monitorinq keçirilmişdir. Monitorinq nəticəsində tədbirlərin icra statusu barədə əldə edilmiş məlumatların və aşkar edilmiş risk amillərinin detallı müzakirə edilməsi məqsədilə risklərin idarə olunması üzrə fəaliyyət göstərən İşçi Qrupunun  23 dekabr 2022-ci il tarixində toplantısı keçirilmişdir. 
Toplantını giriş sözü ilə işçi qrupunun rəhbəri Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli açıq elan etdi. Çıxışının davamı olaraq risklərin idarə olunması, itkilərin vaxtında aşkarlanması, qarşısının alınması, minimuma endirilməsi, effektivliyinin artırılması və fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyə riayət edilməklə risklərin əsas prinsipləri barədə ətraflı məlumat verdi.  
Cəmiyyətin struktur bölmələrində aşkar edilmiş çatışmazlıqlar və risk amilləri barədə Risklər üzrə menecer tərəfindən məlumat verildi. İşçi Qrupun rəhbəri və iştirakçılar ilə geniş müzakirələr aparıldı. Sonda aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar müvafiq önləyici və düzəldici tədbirlərdən ibarət təkliflər monitorinq hesabatına daxil edilmişdir. Dinləmələrdən sonra iclas protokollaşdırılmış və qərara alınmışdır ki, monitorinq hesabatı, 2023-cü il üçün biznes proseslərin yeni siyahısı, risklərin siyahısı, risk pasportları üzrə tədbirlər planı, risklərin monitorinq planı baxılması və təsdiq edilməsi üçün Baş direktora təqdim edilsin.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də tətbiq edilən Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi və risklərin ehtimalının, təsirlərinin və reallaşmasının qarşısının alınması üzrə görülmüş və görüləcək tədbirlər hesabına maliyyə itkilərinin azaldılmasına nail olunacaqdır.

 













tarix : 26.12.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.