ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (13 yanvar 2023 - 26  yanvar 2023) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR Təsərrüfat İdarəsinin Baş ofisində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binası və 2 saylı Sənqəçal Bazasında, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat müəssisəsinin inzibati binası, sex və sahələrində , 1 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin, Dalğıc xidmətinin inzibati binalarında və Pirallahı sahəsində, 1 saylı Nəqliyyat idarəsinin inzibati binası və sahələrində, “Bibiheybət”, “Abşeron”,  “Neft Daşları”, “28 may” , N.Nərimanov, Ə.Əmirov adına NQÇİ-lərnin inzibati binaları, sex və sahələrində, 14 saylı Dərin Dəniz Özülü, Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə, Qaradağ, Dübəndi) sahələrində, Qaz Emalı Zavodunun sex və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında, Abşeron İstehsalat Bölümünün Sumqayıt  Neftin Təhvili sahəsində, Qaradağ və Abşeron İstehsalat bölümlərinün Böyükşor Neftin Təhvili sahəsində, Puta Neftin Nəqli sahəsində, Anbar Təsərrüfatı Bölümünün Sənqəçal bazasında , “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2 saylı Tikinti Quraşdırma Bölümünün Əzimkənd və 4, 5, 6, 7 saylı sahələrində, 7 saylı Səngəçal bazasında, Kompleks Qazma İşləri Trestinin İnzibati binasında və onun strukturuna aid olan “Neft Daşları”, “Günəşli”, Sahil, “Qazma Servis” İstehsalat Bölümlərində, Qaradağ quyuları sahələrində, 2 saylı Anbar Təsərrüfatında, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Eksperimental Təcrübə Sınaq İşləri bazasında,  Azərkimya  İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölməsi olan Nizami, Səbayıl rayon Xidmət Sahələrində,  Bakı Metrologiya Departamentində,  Layihə Konstruktor bürosunda,  Təmir Tikinti İdarəsinin inzibati binasında, Ümid-Babək Əməliyyat Şirkətinin Mərkəzi Anbarında və Səngəçal Baş Qurğularının inzibati binasında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan  Mədəngeofizika İstehsalat Bölümündə və “Azəri”, “Bahar” Mühəndis Geoloji Ekspedisiyalarında, “Sənqəçal” sahəsində, Mühəndis Geoloji Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Geoloji Materialların Emalı İmpretasiya Ekspedisiyasında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümünün inzibati binasında, Qaz İxrac İdarəsi və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin inzibati binalarında və Digah, Böyükşor Avtomatlaşdırılmış Qaz Paylayıcı Stansiyalarında, Yeni Suraxanı, Çilov Qaz Tənzimləyici Məntəqəsində,  Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında, Karbamid və Metanol zavodlarının inzibati binalarında, Sosial İnkişaf İdarəsinin  inzibati binasında, Bakı Olimpia Stadionunda, Anbar Təsərrüfatı bölümündə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 3, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, Təhlükəsizlik idarəsinin inzibati binası və idman zalında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan  Səngəçal Rabitə İnformasiya sahəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, İnformasiya  Kommunikasiyaları Texnoloji Xidmət Departamentində,  H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, eyni zamanda, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci  (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 364 011 m2 deratizasiya, 318 284 m2  dezinseksiya və 22 422 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2023-ci il 01 mart saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.


























tarix : 27.01.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.