Hər il olduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC-də 1 Mart – “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyaların rolu” mövzusunda tədbir keçirilmişdir. Nizami və Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, QSC-nin bütün xidmət sahələrinə bu tədbir barədə xəbərdarlıq rabitə vasitəsilə çatdırılmış, foto sərgilər təşkil olunmuş və Mülki Müdafiə manqaları ilə birgə toplantılar keçirilmişdir.
Toplantıda Baş direktorun SƏTƏMM üzrə müavini Eldəniz Həsənli, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov çıxış edərək, Mülki Müdafiənin insanların həyatındakı rolundan ətraflı danışmış və bu sahəyə cavabdeh şəxslərin daha da məsuliyyətli olmaları tövsiyə edilmişdir.
Tədbirin davamı olaraq Mülki Müdafiə üzrə mühəndis Fuad İmanov QSC-də görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sonda MM sahəsinə aid sərbəst mövzularda geniş müzakirələr aparılmışdır.