ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Vətən müharibəsi iştirakçılarını, qaziləri və şəhid ailələrini ziyarət etmişlər.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. 

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Bu tədbirlərdən biri də Novruz bayramı ərəfəsində Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsidir. Bu məqsədlə 16-17 mart 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyevin rəhbərliyi ilə bir sıra əməkdaşlar Nizami rayon ərazisində yaşayan və cəmiyyətdə işləyən müharibə iştirakçılarını, qaziləri və şəhid ailələrini ziyarət etmişlər.
Ziyarət zamanı cəmiyyətin əməkdaşları müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə görüşmüş, sovqatlar təqdim edilmiş və ailə vəziyyətləri ilə yaxından maraqlanmışlar.
Bu kimi tədbirlər təsdiq edilmiş tədbirlər planına uyğun olaraq cəmiyyət tərəfindən 2023-cü ilin may ayınadək davam etdiriləcək.












tarix : 17.03.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.