ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş SOCAR minifutbol turnirində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin işçilərdən ibarət minifutbol komandası da iştirak edir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Növbəti keçirilən tədbirlərdən biri də SOCAR minifutbol turniridir. Bu turniri keçirən SOCAR, təşkilatçı “Neftçi” PFK, texniki dəstək isə “Neftçi” İKİB və AFFA tərəfindən həyata keçirilir.
Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkili, komanda ruhunun formalaşması, onlara idmana olan maraqların artırılması və həmkarlar arasında sıx ünsiyyət əlaqələrin daha da möhkəmlənməsindən ibarətdir.
Turnir 02-30 aprel 2023-cü il tarixində hər həftənin bazar günü olmaqla saat 10.00-dan etibarən Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportser” meydançasında keçirilir.
16 komandadan ibarət olan turnir 4 qrupa bölünmüşdür. Hər qrupda 4 komanda yer alır. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin minifutbol komandası 29 mart 2023-cü ildə püşkatma zamanı D qrupuna düşmüşdür.
Turnirin açılış mərasimi 02.04.2023-cü il tarixində Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportser” meydançasında keçirilmişdir. 
Açılış mərasimində SOCAR rəhbərliyi vitse prezident Xalik Məmmədov, “Neftçi” PFK klubunun, “Neftçi İdman Klubu” İB-nin, AFFA-nın, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev və kollektiv üzvləri iştirak etmişlər. 
Mərasimdə çıxış edən SOCAR vitse prezidenti Xalik Məmmədov bu turnirin əhəmiyyətindən danışaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması, onun Azərbaycan neft sənayesinin dayanıqlı inkişafı istiqamətində, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınması, milli neft strategiyamızın başlanğıcı hesab edilən və ölkəmizin sosial-iqtisadi tərəqqisinin əsasını qoyan “Əsrin müqaviləsi” məhz Ümummilli Liderin müdrikliyi məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində imzalandığını bildirdi. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və daha sonra Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açılış mərasimindən sonra turnirə start verildi.
A, B, C və D qruplarının oyunları keçirildi. A qrupunda yer alan işçilərdən ibarət “Ekol” minifutbol komandası SOCAR DOWNSTREAM komandası ilə üz-üzə gəldi.
Komandamıza bu turnirdə uğurlar arzulayırıq. 











tarix : 03.04.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.