ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Risklərin idarə edilməsi üzrə əlaqələndirici şəxslər üçün təlim keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Risklərin idarə edilməsi sistemi 2022-ci ildən tətbiq edilməyə başlanılmışdır. Risklərin idarə edilməsi Siyasəti Cəmiyyətdə risklərin idarə edilməsi sisteminin fəaliyyətinin əsas prinsiplərini müəyyən edir. Qarşıya qoyulan məqsəd və hədəflərə çatmaqda risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi daim diqqətdə saxlanılır və bu istiqamətdə mütəmadi işlər aparılır.

Bu məqsədlə Cəmiyyətin Baş direktorunun müvafiq 28 iyul 2022-ci il 352 saylı əmri ilə Baş direktorun SƏTƏMM üzrə müavini Eldəniz Həsənlinin rəhbərliyi ilə İşçi qrupu yaradılmışdır. Bundan sonra 2023-cü ilin mart ayında Baş direktorun əmri ilə Cəmiyyətin aidiyyəti struktur bölmələri üçün, Risklərin idarə olunması üzrə əlaqələndirci şəxslər təyin edilmiş və müvafiq tapşırıqlar verilmişdir. 
İşçi qrupunun rəhbəri Eldəniz Həsənli təlimi açıq elan edərək təlim haqqında və risklərin idarəedilməsi sisteminin tətbiqi ilə bağlı ətraflı məlumat verərək risklərin idarəedilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışdı.
Təyin edilmiş əlaqələndirici şəxslərin risklərin idarə olunması sahəsində nəzəri və praktiki bilik və bacarıqlarını artırmaq məqsədilə 03 aprel 2023-cü il tarixində QSC-nin idarəetmə aparatında təlim keçirilmişdir. Təlimdə “Təhlükə və risklərin qiymətləndirilməsi”, “Risklərin idarə edilməsi sisteminin nəzəri əsasları” və “QSC-də Risklərin idarə edilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran işlər” üzrə mövzular dinlənilmiş və geniş müzakirələr aparılmışdır. Təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmış və təlim materialları ilə təmin edilmişdir. Təlim “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Rəhbərlik yanında aparatında Risklər üzrə menecer - Elnur Əlizadə tərəfindən həyata keçirilmişdir.


tarix : 05.04.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.