ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş SOCAR minifutbol turnirində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin işçilərdən ibarət minifutbol komandası da iştirak edir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Növbəti keçirilən tədbirlərdən biri də SOCAR minifutbol turniridir. Bu turniri keçirən SOCAR, təşkilatçı “Neftçi” PFK, texniki dəstək isə “Neftçi” İKİB və AFFA tərəfindən həyata keçirilir.
Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkili, komanda ruhunun formalaşması, onlara idmana olan maraqların artırılması və həmkarlar arasında sıx ünsiyyət əlaqələrin daha da möhkəmlənməsindən ibarətdir.
Turnir 02-30 aprel 2023-cü il tarixində hər həftənin bazar günü olmaqla saat 10.00-dan etibarən Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportser” meydançasında keçirilir.     09.04.2023-cü il tarixində növbəti oyunlar keçirilmişdir. A qrupunda yer alan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və SOCAR PETROLEUM-un minifutbol komandaları üz-üzə gəldilər. Oyunun gərgin keçməsinə baxmayaraq komandamız 5:3 hesablı qələbə qazandı. Oyunda Müşviq Hacızadə iki dəfə, Emin Məmmədov, Bayram Əliyev, Zamir İmanlı hərəyə bir dəfə fərqləndilər. 
Komandamıza növbəti oyunlarda uğurlar arzu edirik. 


tarix : 10.04.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.