ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları Suraxanı rayonu 2 saylı uşaq evində görüş keçirmişlər.
           Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

          “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Bu tədbirlərdən biri də xeyriyyə tədbiridir. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun müavini Yaqub Ağasiyev, Baş direktorun Ümumi işlər üzrə müavini İsrafil Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, İctimai sosial şöbənin rəis müavini Məzahir İskəndərov və cəmiyyətin əməkdaşları Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində oldular. Qonaqları uşaq evinin direktoru Sevda Hacıyeva qarşıladı. Fəaliyyətləri barədə geniş məlumat verən Sevda Hacıyeva, qonaqları uşaq evindəki şəraitlə yaxından tanış etdi. Görüş əsnasında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun müavini Yaqub Ağasiyev tədbir iştirakçılarına valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlətin göstərdiyi qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi. 
Görüş iştirakçıları 2 saylı uşaq evinin rəhbərliyinin və müəllim heyətinin uşaqlara göstərdiyi qayğıdan razı qaldıqlarını bildirərək, şagirdlərə onlara göstərilən qayğı və etimadı doğrultmağı, təhsildə, idmanda və sənətdə uğurlar qazanmağı, Vətənimiz üçün layiqli övladlar kimi yetişmələrini arzulamışlar. 
Sevda Hacıyeva uşaqlara göstərdiyi diqqət və qayğıya görə qonaqlara öz minnətdarlığını bildirmiş, belə görüşlərin uşaqlara mənəvi tərbiyəsində böyük rol oynadığını xüsusilə vurğulamışdır.
Tədbirin sonunda cəmiyyət tərəfindən gətirilən hədiyyələr 2 saylı uşaq evinə təqdim edildi.
















tarix : 14.04.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.