“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Növbəti keçirilən tədbirlərdən biri də SOCAR minifutbol turniridir. Bu turniri keçirən SOCAR, təşkilatçı “Neftçi” PFK, texniki dəstək isə “Neftçi” İKİB və AFFA tərəfindən həyata keçirilir.
Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkili, komanda ruhunun formalaşması, onlara idmana olan maraqların artırılması və həmkarlar arasında sıx ünsiyyət əlaqələrin daha da möhkəmlənməsindən ibarətdir.
Turnir 02-30 aprel 2023-cü il tarixində hər həftənin bazar günü olmaqla saat 10.00-dan etibarən Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportser” meydançasında keçirilir. 16.04.2023-cü il tarixində turnirin son qrup oyunlar keçirilmişdir. A qrupunda yer alan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və SOCAR POLİMER minifutbol komandaları üz-üzə gəldilər. Oyunun gərgin keçməsinə baxmayaraq komandamız 3:2 hesabı ilə qalib gələrək 4/1 final mərhələsinə vəsiqə qazandı. Oyunda Emin Məmmədov, Natiq Cəfərzadə, Zamir İmanlı hərəyə bir dəfə fərqləndilər.
Komandamıza növbəti oyunlarda uğurlar arzu edirik.