ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (04 aprel 2023 – 13 aprel 2023) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və anbarlarında, 2 saylı Sənqəçal Bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Qaradağ, Zirə),  Neftin Tam Hazırlanması və Təhvili   (Dübəndi) sahələrində,  “Bibiheybətneft”, “Abşeronneft”, “Neft Daşları”, Ə.Əmirov adına NQÇİ-nin inzibati binaları və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Daşgil və Qobustan sahələrində,  Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin inzibati binası, sex və sahələrində, Dalğıc Qəza Xidmətinin inzibati binası və Qaradağ sahəsində,  Qaz Emalı zavodunda və sahələrində, Qaz Anbarları İstismar İdarəsinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün və İxrac İstehsalat Bölümünün inzibati binalarında, Anbar Təsərrüfatı Bölümündə, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, “Neft Daşları” sahəsində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsinin inzibati binasında, Etilen-Polietilen zavodunun inzibati binası, sex və sahələrində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar departamentinin Qaradağ, Sabunçu, Xətai, Xəzər, Sumqayıt, Yasamal, Nəsimi, Abşeron, Binəqədi və Nərimanov Xidmət sahələrində, Bakı Regional Qaz Satış departamenti və Layihə Konstruktor Bürosunda, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Tikinti Quraşdırma sahələrində, 4 saylı Təmir Bərpa Xidmətində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Metrologiya Departamentinin inzibati binasında, Anbar Təsərrüfatında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Bibiheybət və Qaradağ quyularında, “Neft Daşları-Günəşli” İstehsalat Bolümündə, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazma Servis İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün “Azəri” və “Bahar” Mədən Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İmpretasiya Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümünün inzibati binasında, Qaz İxrac İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Şimal, Digah, Masazır, Xırdalan, Çilov və Sumqayıt Qaz Paylayıcı stansiyalarında, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol və Karbamid zavodlarının inzibati bina və sahələrində, Sosial İnkişaf İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Gənc İstedadlar Təhsil Kompleksinin Kampusunda və Bakı Olimpiya Stadionunda, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazasında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və  6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Sanqaçal, Abşeron-Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət, “28” rabitə sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon stansiyasında, Bakı Ali Neft Məktəbin inzibati binasında, “Ümid-Babək” Əməliyyat Şirkətinin 1 saylı Stasionar Dəniz Özüllü, Daşgil Bypass və Sanqaçal Baş Qurğularının inzibati binasında, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 301 921 m2 deratizasiya, 420 977 m2 dezinseksiya və 28 815 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR AQŞ-nin ərazisində yerləşən 221 m3-lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 4000 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2023-ci il 01 may saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.











tarix : 17.04.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.