Ramazan bayramı bütün müsəlman dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından biridir. 11 ayın sultanı olan Ramazan bayramı başa çatır. Aprel ayının 21 və 22 Ramazan bayramı dünya müsəlmanları tərəfindən və müstəqil ölkəmizdə böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.
Bu müqəddəs bayram münasibətilə 20.04.2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində tədbirlər keçirilmişdir. Tədbirdə çıxış edənlər cəmiyyətin Baş direktoru Ramil Əliyev, Ümumi işlər üzrə müavin İsrafil Əliyev, SƏTƏMM üzrə müavin Eldəniz Həsənli cəmiyyət üzrə oruc tutan işçiləri Ramazan bayramı münasibəti ilə təbrik etdilər. Arzu etdilər ki, etdikləri niyyətlər, dualar və ibadətlər Uca Allah tərəfindən qəbul edilsin. Oruc tutan bütün işçilərə bayram sovqatı paylandı. Tədbirlərin sonunda tədbir iştirakçıları, onlara göstərilən diqqət və qayğıya görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.