ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

SOCAR-ın Ekoloji təbliğat və maarifləndirici proqramina dair "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Eko Park İnnovasiya Mərkəzində görüş keçirilmişdir.
20 aprel 2023-cü il tarixində “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları, Xəzər Universitetinin rəhbər müəllim heyəti  və tələbələri üçün  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko Park  İnnovasiya Mərkəzinin ərazisində ekskursiya və maarifləndirici proqram təşkil edilmişdir.

Ekskursiya və maarifləndirici proqram SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2022-2023-cü illər üzrə “Tədbirlər Planı”nda ölkəmizin gənc nəslin nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərinin artırılmasına, eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarətdir.
Proqamın açılışı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko Park İnnovasiya Mərkəzinin rəisi Tahir Şıxəliyevin Eko Park haqqında qısa məlumatı ilə başlamışdır.
Tədbirdə SOCAR-ın Ekologiya və enerji keçidi məsələləri üzrə Departamenti “Dekorbanizasiya və ekoloji layihələrin idarəedilməsi” şöbəsinin böyük mühəndisi Əsmər Orucova və Xəzər Universitetinin rektoru İradə Xəlilova ekoloji məsələlərdə tələbələri daha aktiv olmağa dəvət edərək çıxışlarına  davam etdilər.
Daha sonra Xəzər Universitetinin Coğrafiya  və Ətraf mühit departamentinin müdiri Rövşən Abbasov və Universitetin Neft mühəndisliyi departamentinin müdiri Elşən Abdullayev, təqdimatların müşayəti ilə məruzələrini tələbələrin diqqətinə çatdırdılar.
Ekskursiya zamanı qonaqlar park ərazisində olan alternativ enerji mənbələri, Enerji İdarəetmə Mərkəzi, fidanlıq sahəsi və istixana ilə tanış olmuşlar.
























tarix : 22.04.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.