ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir
Aprelin 28-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də “Təhlükəsiz və Sağlam iş mühiti əsas prinsip və iş hüququdur” devizi altında 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə QSC-nin rəhbərliyi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər iştirak etmişlər. Tədbir iştirakçıları QSC-nin Baş direktorun SƏTƏMM üzrə müavini Eldəniz Həsənli, Həmkarlat İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov çıxış etmişlər.

Qeyd olunmuşdur ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 280 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin daha çox aktuallıq kəsb etməsinə səbəb olub və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək məqsədilə, Beynəlxalq Əmək Təşkilatı 28 apreli "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il yeni mövzuya həsr olunmuş bu günü 2023-cü ildə “Təhlükəsiz və Sağlam iş mühiti əsas prinsip və iş hüququdur” devizi  altında  keçirilməsinə  qərar verilmişdir.
Baş direktorun SƏTƏMM üzrə müavini Eldəniz Həsənli mövzu ətrafında çıxış edərək "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, müvafiq qanunvericilik tələblərinə əsasən iş yerində çalışarkən müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi haqqında geniş məlumat vermiş bu məsələnin daim diqqət mərkəzində olduğunu xüsusilə vurğulamışdır.
Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın fəaliyyətindən danışmış, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, “Təhlükəsiz və Sağlam iş mühiti əsas prinsip və iş hüququdur” devizi altında QSC-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlərdə işçilərin iştirakı maksimum dərəcədə təmin ediləcəkdir. Daha sonra o mövzu ətrafında iş yerlərində təhlükəsiz və sağlam iş mühiti, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və təhlükəsizlik mədəniyyətinin inkişafına müsbət təsir göstərməsi haqqında geniş məlumat verdi.
Tədbirin sonunda əməyin mühafizəsi sahəsində göstərdikləri yüksək peşəkarlığa görə Torpaqların rekultivasiyası departamentinin 1-ci sahəsinin bağbanları Ruslan Ağaxanov və Bəxtiyar Məmmədov, Torpaqların rekultivasiyası departamentinin 2-ci sahəsinin bağbanı Davud Ağaxanov, Tullantıların emalı departamentinin 4-cü sahəsinin texnoloji qurğuların təmiri üzrə çilingəri Rövşən Bağırov və 5-ci sahəsinin texnoloji qurğuların operatorları Bəhruz Vəlizadə və Rasim Səmədov, Elektromexanika sexinin Texnoloji qurğuların təmiri üzrə çilingəri Rasim Yaqiyev, Dezinfeksiya şöbəsinin mühəndisi Məmməd İsmayılov, İnzibati təsərrüfat şöbəsinin bənnası Bəybala Namazov, Nəqliyyat sexinin buldozer maşinisti Rafiq Mikayılov, Tullantı Mərkəzinin takelajçısı Elsevər Cənnətov, “Eko Park” İnnovasiya Mərkəzinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi Xaliq Aslanov, “Ekologiya” İdarəsinin Təmir və texniki xidmət sahəsinin rəngsazı Tariyel Quliyev və Ətraf mühitin mühafizəsi sahəsinin bağbanı Vəliyəddin Quliyev QSC rəhbərliyi tərəfindən Təşəkkürnaməyə layiq görülmüşlər.
Tədbirin sonunda təşəkkürnamə alan işçilər onların əməyinə verilən qiymətə, diqqət və qayğıya görə cəmiyyətin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

















tarix : 28.04.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.