ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi ilə Azərbaycan Fotoqraflar Birliyi dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə   “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin dəstəyi və Azərbaycan Fotoqraflar Birliyinin tədbirlər planına uyğun olaraq dəniz sahilində təmizlik aksiyası keçirilmişdir.  
29.04.2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi və əməkdaşlarının, Azərbaycan Fotoqraflar Birliyinin və fotosevərlərin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyətinin, Milli Abşeron Qoruğunun könüllülərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş dəniz sahilinin məişət tullantılarından təmizləmək aksiyası keçirilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarət olmuşdur.
Aksiya zamanı təyin olunmuş Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında “Təbiətə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılmış, toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilmişdir.
Tədbirin sonunda çay süfrəsində aksiya iştirakçıları ilə gələcəkdə də bu cür ekoloji yönümlü layihələrin həyata keçirilməsi haqqında söhbətlər aparılmışdır. 



















 

tarix : 02.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.