ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları “Bakı Marafonu-2023” yarışında iştirak etmişlər.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2023-cü il mayın 7-də Bakı şəhərinin Dövlət Bayraq Meydanında “Bakı Marafonu-2023” marafon yarışı keçirilmişdir. “Bakı Marafonu-2023” layihəsinin əsas məqsədi idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

“Bakı Marafonu-2023” layihəsinin əsas tərəfdaşlarından olan SOCAR-ın əməkdaşları ilə birlikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 30 nəfərdən çox əməkdaşları bu sosial yönümlü tədbirdə iştirak etmişlər.
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonu bu il fərqli marşrutda təşkil edilmişdir. Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olmuşdur. 19 mindən çox yarış iştirakçıları 21 kilometrlik məsafə qət etmişlər. 
Marafon yarışında kişi və qadın kateqoriyası üzrə ilk 3 yeri tutan iştirakçılardan müvafiq olaraq 1 yer 3000 manat, 2 yer 2000 manat və 3 yer 1000 manat pul mükafatı qazanmışlar. 
2 min mükafatçılar sırasında olmuş Elektromexanika sexinin çilingəri Yasin Bəkdəmirov və Tullantıların İdarə Edilməsi Mərkəzinin elektrik montyoru Rövşən Muradov bu marafonda medalla təltif olunmuşlar.










tarix : 08.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.