ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Eko Park İnnovasiya Mərkəzində 160 saylı gimnaziyanın şagirdlərinə ekskursiya təşkil edilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Növbəti keçirilən tədbirlərdən biri də 08.05.2023-cü il tarixində QSC-nin Eko Park İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin 160 saylı Klassik Gimnaziyasının valideyn, şagird və müəllim heyəti üçün ekskursiya təşkil edilmişdir. 
Tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər heyəti, əməkdaşları və 160 saylı gimnaziyasının valideyn, şagird və müəllim heyəti iştirak etmişlər. 
Ekskursiyanın təşkilində əsas məqsəd ölkəmizin gənc nəsil nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərin artırılmasına, eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarət olmuşdur.
Proqramın açılışı zamanı Eko Park İnnovasiya Mərkəzinin akt zalında gimnaziyanın valideyn, şagird və müəllim heyəti ilə görüş keçirilmişdir. Görüş zamanı “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun müavini Yaqub Ağasiyev çıxış etmişdir. O, tədbir iştirakçılarını salamladı və çıxışını davam etdirərək həyatını xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsində, suverenliyimizin qorunub saxlanılmasında, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən danışdı. Xüsusilə vurğuladı ki, Heydər Əliyevin  siyasi fəaliyyətinin əsas missiyası  Azərbaycanı  düşdüyü  bəlalardan xilas etmək olub. Yalnız onun  dərin zəkası Azərbaycanı bir dövlət kimi məhv olmaqdan  xilas etdiyini bildirdi.
Tədbirin davamı olaraq çıxış üçün söz İctimai sosial şöbənin rəisi və Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərova verildi. O,  suveren Azərbaycan dövlətinin  qurucusu və memarı, fenomen şəxsiyyət  Heydər  Əliyevin  həyat və fəaliyyətindən  ətraflı danışaraq Azərbaycan  tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi,  insanların rifahının yaxşılaşması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan  və uğurlu, dayanaqlı nəticələrə nail olan, Azərbaycanının milli qürurunu özünə qaytaran, dövlətimizi öz  tükənməz  sərvətinin  sahibi edən  ən müdrik  və ən  cəsarətli rəhbər Ümummilli Liderimiz Heydər Əliyev olduğunu bildirdi.
Tədbir 160 saylı Klassik Gimnaziya şagirdlərinin çıxışları və ədəbi-bədii kompozisiyaları ilə davam etdi.
Tədbirin davamı olaraq Mərkəzin ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Daha sonra Eko Park İnnovasiya Mərkəzin rəisi Tahir Şıxəliyev valideyn, şagird və müəllim heyətinə Mərkəz haqqında geniş məlumat vermiş, ekskursiya və maarifləndirmə proqramı keçmişdir.
Ekskursiya zamanı qonaqlar park ərazisində olan alternativ enerji mənbələri, Enerji İdarəetmə Mərkəzi, fidanlıq sahəsi və istixana ilə tanış olmuşlar.




















tarix : 08.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.