ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də tədbirlər planına hazırlanmışdır.
2023-cü il mayın 10-da QSC-nin baş ofisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 
Tədbirdə QSC-nin rəhbərliyi, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, struktur bölmə rəhbərləri və kollektivin üzvləri iştirak etmişlər.
Çıxış sözü ilə tədbiri açıq elan edən Baş direktor Ramil Əliyev tədbir iştirakçılarını salamladı. Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ramil Əliyev çıxışını davam etdirərək həyatını xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsində, suverenliyimizin qorunub saxlanılmasında, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən danışdı. Xüsusilə vurğuladı ki, Heydər Əliyevin  siyasi fəaliyyətinin əsas missiyası  Azərbaycanı  düşdüyü  bəlalardan xilas etmək olub. Yalnız onun  dərin zəkası Azərbaycanı bir dövlət kimi məhv olmaqdan  xilas etdiyini bildirdi.
Tədbirin davamı olaraq çıxış üçün söz YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyova verildi. O,  suveren Azərbaycan dövlətinin  qurucusu və memarı, fenomen şəxsiyyət  Heydər  Əliyevin  həyat və fəaliyyətindən  ətraflı danışaraq Azərbaycan  tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi,  insanların rifahının yaxşılaşması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanaqlı nəticələrə nail olan, Azərbaycanının milli qürurunu özünə qaytaran, dövlətimizi öz  tükənməz  sərvətinin  sahibi edən  ən müdrik  və ən  cəsarətli rəhbər ümummilli liderimiz Heydər Əliyev olduğunu bildirdi. Digər çıxış edənlər Baş direktorun müavini Yaqub Ağasiyev, Baş direktorun SƏTƏMM üzrə müavini Eldəniz Həsənli, İctimai sosial şöbənin rəisi, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas missiyası Azərbaycanın düşdüyü bəlalardan xilas etmək və dövlətçiliyimizin qorunub saxlanılmasını qeyd etdilər. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir və bu uğurlu siyasət nəticəsində Azərbaycanın 44 günlük 2-ci Qarabağ Müharibəsində ərazi bütövlüyü təmin edilmiş, regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir. 
Tədbir iştirakçıları inamla qeyd etmişlər ki, nə qədər ki, Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ümummilli Lider Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş etdirildi.










tarix : 08.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.