ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün xidmət sahələrində ağacəkmə və iməcilik aksiyası keçirilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev   2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
13.05.2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə və  iməcilik aksiyası keçirilmişdir.
Ağacəkmə və iməcilik aksiyasında QSC-nin Eko Park İnnovasiya Mərkəzində SOCAR-ın rəhbər heyəti, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və Mərkəzin əməkdaşları, xidmət göstərdiyimiz SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində yerləşən Torpaqların rekultivasiyası departamenti (TRD) 2-ci sahəsində “Azneft” İB-nin rəhbərliyi, NQÇİ-nin rəhbərliyi və əməkdaşları, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi, TRD 2-ci sahənin əməkdaşları, Tullantıların emalı departamentinin (TED) 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-un 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, “Azneft” İB-nin “Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-lərin, Qaz Emalı zavodunun ərazisində və Tullantıların İdarə Edilməsi Mərkəzində, eləcə də Cəmiyyətin “Ekologiya” İdarəsinin Balaxanı sahəsində, Dezinfeksiya şöbəsinin inzibati binasının ərazisində kollektivin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Cəmiyyətin bütün xidmət sahələrində, inzibati binaların ərazilərində, Eko Park İnnovasiya Mərkəzində və “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində ağaclar əkilmiş, yaşıllıqlara qulluq və abadlıq işləri yerinə yetirilmişdir.



































tarix : 14.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.