ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Eko Park İnnovasiya Mərkəzində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagird-müəllim heyətinə ekoloji maarifləndirmə tədbiri keçirilmişd
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Növbəti keçirilən tədbirlərdən biri də 23.05.2023-cü il tarixində QSC-nin Eko Park İnnovasiya Mərkəzində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagird-müəllim heyəti üçün təşkil edilmiş ekoloji maarifləndirmə tədbiri idi. 
Tədbirdə SOCAR vitse-prezidenti Rəfiqə Hüseynzadə, vitse-prezidentin müavini Rövşən Fətullayev, SOCAR prezidentinin müşaviri Aygün Hüseynova, SOCAR İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətinin əməkdaşları, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev, əməkdaşları və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagird-müəllim heyəti iştirak etmişlər. 
Ekoloji maarifləndirmə tədbirinin əsas mövzu “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” olmaqla ölkəmizin gənc nəsil nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərin artırılmasına, eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarət olmuşdur.
Tədbir öncəsi Eko Park İnnovasiya Mərkəzin rəisi Tahir Şıxəliyev tədbir iştirakçılarını salamladı və Mərkəz haqqında ətraflı məlumat verdi.
Tədbirin açılışı zamanı Eko Park İnnovasiya Mərkəzinin akt zalında Kompleksin şagird və müəllim heyəti ilə görüş keçirilmişdir. Görüş zamanı SOCAR vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış etmişdir. O, tədbir iştirakçılarını salamladı və çıxışını davam etdirərək həyatını xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsində, suverenliyimizin qorunub saxlanılmasında, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən danışdı. Xüsusilə vurğuladı ki, Heydər Əliyevin  siyasi fəaliyyətinin əsas missiyası  Azərbaycanı  düşdüyü  bəlalardan qorumaq və onun neft strategiyasını inkişaf etdirməkdən ibarət olub. Yalnız onun  dərin zəkası Azərbaycanı bir dövlət kimi məhv olmaqdan  xilas etdiyini bildirdi.
Sonra tədbir Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagird-müəllim heyətinin çıxışları ilə davam etdi və SOCAR əməkdaşları tərəfindən onlara hədiyyələr təqdim edildi.
Tədbir zamanı Mərkəzin ərazisində yerləşən qapalı istixanada körpə fidanların əkilməsi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramla, rəmzi olaraq körpə fidanların dibçəklərə köçürülməsi, fidanları əkən hər bir şagirdin adı dibçəyin üzərində yazıldı və dibçəklər şagirdlərə hədiyyə edildi.
Daha sonra Eko Park İnnovasiya Mərkəzinin rəis müavini  Emil Avazov qonaqlar, şagird və müəllim heyətinə Mərkəz və ekoloji maarifləndirmə proqramı haqqında məlumat vermişdir.
Qonaqlar park ərazisində olan alternativ enerji mənbələri, Enerji İdarəetmə Mərkəzi, fidanlıq sahəsi və istixana ilə tanış olmuşlar.
Tədbirin sonunda çay süfrəsi təşkil edilmiş və maraqlı söhbətlər aparılmışdır.























tarix : 23.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.