ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə profilaktiki tədbirlər və dezinfeksiya işləri həyata keçirir.
12-22 may 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya  şöbəsinin əməkdaşları təxirə salınmaz (deratizasiya, dezinseksiya, dezinfeksiya, işçi personalların qorunması ilə əlaqədar sürünənlərə qarşı dərmanlama işləri və su çənləri) dezinfeksiya işlərini SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə müntəzəm davam etdirirlər.

“Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan 1 və 2  saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov adına NQÇİ-nin inzibati binası və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Daşgil və Qobustan sahələrində, “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Qaradağ və Zirə),  Neftin Tam Hazırlanması və Təhvili   (Dübəndi) sahələrində,  Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və Zığ sahəsində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin inzibati binası, sex və sahələrində, Dalğıc Qəzaxilasetmə Xidmətinin Qaradağ sahəsində,  Qaz Emalı zavodunda və sahələrində, Qaz Anbarları İstismar İdarəsinin sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Qaradağ İstehsalat Bölümünün Lökbatan Neftin Nəqli sahələrində, Abşeron İstehsalat Bölümünün Suraxanı Neftin Nəqli sahəsində, İxrac İstehsalat və Dübəndi İstehsalat Bölümlərinin inzibati binalarında, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neft Emalı zavodunun ərazisindəki sahəsində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsinin inzibati binasında, Etilen-Polietilen zavodunun inzibati binası, sex və sahəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Ümumi Tikinti, Qaz Kəmərlərin Sökülməsi sahələrində, Bakı Regional Qaz İstismar departamentinin Səbail və Sumqayıt Qaz İstismar sahələrində, Bakı Regional Qaz Satış departamentinin inzibati binasında,  Təmir Tikinti İdarəsinin 4 saylı Tikinti Quraşdırma sahəsində, 2 saylı Qəza Təmir Bərpa Xidmətində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Bibiheybət və Qaradağ quyularında, “Neft Daşları-Günəşli” İstehsalat Bolümündə, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazma Servis İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Sənqəçal Geoloji, “Azəri” və “Bahar” Mədən Geoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İmpretasiya Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümünün inzibati binasında, Qaz İxrac İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Sumqayıt, Masazır, Xırdalan və Qaradağ Qaz Paylayıcı stansiyalarında, Metanol zavodunun inzibati bina və sahəsində, Sosial İnkişaf İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Bakı Olimpiya Stadionunda, Gənc İstedadlar Təhsil Kompleksinin Kampusunda və idman zalında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil-Sənqəçal Rabitə İnformasiya sahəsində, Abşeron-Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət departamentində, Qobustan Avtomatlaşdırılmış Telefon stansiyasında, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko Park İnnovasiya Mərkəzinin inzibati binasında və sahələrində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun inzibati binasında, “Ümid-Babək” Əməliyyat Şirkətinin Sanqaçal Baş Qurğularının və Daşgil Bypass sahələrinin inzibati binalarında ümumilikdə 285 561 mderatizasiya, 14 023 mdezinseksiya və 30 018 msahədə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR AQŞ-nin ərazisində yerləşən 66 m3-lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 8877 msahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

tarix : 25.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.