ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Bakı Enerji Həftəsi” 28-ci Beynəlxalq “ Xəzər Neft və Qaz” sərgisində iştirak edir.
2023-cü il Azərbaycanın müasir tarixində əhəmiyyətli bir ildir. 2023-cü ildə ölkənin neft strategiyasının banisi olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Artıq 30 ildir ki, “Xəzər Neft və Qaz” sərgisi dünyanın hər yerindən çox sayda iştirakçıları birləşdirən, ölkə iqtisadiyyatının dinamik inkişafına töhfə verən, uğurlu danışıqların fəal aparılması və biznes əlaqələrinin qurulması üçün çoxlu ilkin şərtlər yaradan unikal platformadır. Bu layihə Xəzər-Qara dəniz regionunun  neft-qaz sahəsində əsas hadisədir.
2023-cü il Azərbaycanın müasir tarixində əhəmiyyətli bir ildir. 2023-cü ildə ölkənin neft strategiyasının banisi olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu il Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 28-ci Beynəlxalq “Xəzər Neft və Qaz”, Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi, Xəzər Neft və Qaz Konfransı öz işinə başlamışdır.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət rəsmiləri və şirkət rəhbərləri iştirak etmişlər. Bu da sərginin statusunun yüksək olmasını bir daha sübut edir.
31 may – 2 iyun 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər Neft və Qaz”  sərgisinin əsas məqsədi “Bakı Enerji Həftəsi”nin tədbirləri çərçivəsində ənənəvi olaraq ikitərəfli Biznes Görüşlərinin keçirilməsi, aktual mövzular keçiriləcək sessiyalar, “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, neft, qaz və energetika sahəsinin aparıcı şirkətləri tərəfindən neft və qaz avadanlıqları, neft-qaz yataqlarının işlənməsi xidmətləri, enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemləri, neft-kimya məhsulları, texniki xidmət, təhlükəsizlik sahələrində innovativ texnologiyalar və s. məhsul və xidmətlər nümayiş olunacaq. Həmçinin iştirakçı şirkətlərin təqdimatları keçiriləcək.
“Xəzər Neft və Qaz” sərgisi və Konfransına Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi dəstəyi olmaqla, “İteca Caspian” MMC və İTECA Caspian LLC və İCA Eventas şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 25-dən çox ölkəsini təmsil edən şirkət, yerli və xarici mütəxəssislər qatılmışlar.
Builki “Bakı Enerji Həftəsi” daha dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılması, yeni əməkdaşlıq üçün qlobal enerji bazarının və beynəlxalq şirkətlərinin bir araya gəlməsi, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” konsepsiyasının yaradılması imkanları vəd edir.
3 iyun tarixində Bakı Enerji Həftəsinin “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” adlı – xüsusi sessiyası bu il Azərbaycanın Naxçıvan şəhərində baş tutacaq. 
Bu forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edəcək. Forumun gündəliyinə “Keçid dövründə yeni enerji şərtləri”, “Qlobal enerji perspektivləri”, “Xəzər regionunun bərpa olunan enerji potensialı”, “Enerji sektorunda dördüncü sənaye inqilabı”, “Enerji böhranı dövründə qaz təchizatının rolu” və s. kimi mövzular daxil edilib.
“Ekol Mühəndislik Xidmətləri” QSC yüksək statusa malik 28-ci ilini qeyd etdiyimiz “Xəzər Neft və Qaz” sərgisində maraqlı stendi ilə iştirak edir. QSC-nin fəaliyyət sahələrini, həyata keçirdiyi ekoloji layihələrin və sosial sahəni əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
Təşkilatçılar və iştirakçılar əmindirlər ki, 28 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.












tarix : 31.05.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.