ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 5 iyun -“Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir
5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat–BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır.  Hər  il  bu  təşkilat  tərəfindən  5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.

Ölkəmizdə də hər il 5 iyun tarixində əlaqədar təşkilatlar tərəfindən “Ümumdünya Ətraf Mühit Günü” qeyd olunur və əhalinin, gənclərin diqqəti bir daha ekoloji problemlərə cəlb edilir.
Ekoloji yönümlü layihələr və xidmətlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-də, hər il olduğu kimi 05.06.2023-cü il tarixində 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə  “Plastik çirklənmənin həlli yolları” mövzusunda bütün xidmət sahələrində tədbir  keçirilmişdir.
Plastik tullantıların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruridir. Son illərdə Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülmüşdür. Bunlardan biri də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin plastik tullantılarla mübarizə məqsədi ilə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanuna 26.11.2020-ci ildə dəyişiklik etməsi ilə həyata keçdi.
Belə ki, tədbirlər çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki rolu, ətraf mühitin mühafizəsinə vətəndaş münasibəti, Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, havanın çirklənməsinin cəmiyyət üçün zərərli olması, bəşəriyyətdə ətraf mühitin çirklənməsi haqqında maarifləndirmə işləri aparıldı.
Tədbirin davamı olaraq 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə  05.06.2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi bütün istehsalat sahələrinin yaşıllıq ərazilərində ənənəvi olaraq yaşıllaşdırma və abadlıq işləri yerinə yetirilmiş, məişət tullantıları və plastik qablar toplanaraq aidiyyəti tullantı yerlərinə təhvil verilmişdir. 
5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə  Cəmiyyətin bir qrup əməkdaşına ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərman təltif olunmuşdur.

















tarix : 05.06.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.