ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrəedilmiş Menecment Sistemləri (İMS) üzrə rəhbərliyin təhlili (İSO 9001-2015 maddə 9.3) toplantısı keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC fəaliyyətini İSO 9001-2015, İSO 14001-2015 və İSO 45001-2018 Standartlarının tələblərinə uyğun qurmuşdur. Bu da öz növbəsində İMS sənədlərinin aktuallaşdırılmasını, ümumilikdə menecment sistemlərinə yanaşmanın dəyişməsini tələb edir. 

Standartlar daxili və xarici tərəflərin maraqlarını diqqətə alır, sistemin qərarının strateji qərar olmasını vurğulayır. İSO 9001-2015 standartının 9.3 maddəsinin tələbinə görə rəhbər İnteqrəedilmiş Menecment Sistemlərinin təhlilini həyata keçirməlidir.
Rəhbərliyin təhlili Cəmiyyət tərəfindən qəbul edilmiş normativ hüquqi tələblərə uyğunluğun lazımi səviyyədə olmasını, davamlılığını təyin etmək və daima yaxşılaşdırmaq fəaliyyətini həyata keçirmək üçün aparılır. 
Rəhbərlik tərəfindən aparılan təhlilin məzmunu və gündəliyi “İMS-nin rəhbərlik tərəfindən təhlili proseduru” nda əks olunur. 
12.07.2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-də “İnteqrəedilmiş Menecment Sistemləri” və bu sistemlərə aid proseslərin səmərəliliyinin artırılması məqsədilə İSO 9001-2015 (maddə 9.3) rəhbərliyin təhlili toplantısı keçirilmişdir.
Toplantıda Cəmiyyətin rəhbərliyi və struktur bölmə rəhbərləri iştirak etmişdirlər. Baş direktor Ramil Əliyev toplantı iştirakçılarını salamlayaraq rəhbərliyin təhlili iclasını açıq elan etdi. Ramil Əliyev “İnteqrəedilmiş Menecment Sistemləri”nin təhlili zamanı daxili və xarici tərəfdaşların maraqlarını diqqətə almağı, müəyyən edilmiş məqsəd və hədəflərin yerinə yetirilmə vəziyyəti, keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik siyasətinin yerinə yetirilməsi və onda dəyişikliklərin edilməsi, qəbul edilmiş normativ hüquqi tələblərə uyğun fəaliyyət göstərməyi diqqətə çatdırdı. O, Cəmiyyət üzrə 2023-cü ilin fevral-may aylarında keçirilmiş daxili audit zamanı aşkar edilmiş uyğunsuzluqların yerinə yetirilməsi barəsində məlumat üçün sözü Baş direktorun SƏTƏMM üzrə müavin Eldəniz Həsənliyə verdi.
Baş direktorun SƏTƏMM üzrə müavini Eldəniz Həsənli struktur bölmə rəhbərlərinə verilmiş uyğunsuzluqların yaranma səbəbləri və aradan qaldırılması tədbirləri, keyfiyyət, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik menecment sistemlərinin daxili auditinin, aşkar edilmiş uyğunsuzluqlar və düzəldici fəaliyyətlərin nəticələri aradan qaldırılması üçün tələb olunan resurs təminatı barəsində çıxış etdi. O öz növbəsində fəaliyyətimizin İSO 9001-2015, İSO 14001-2015, İSO 45001-2018 standartlarının tələbləri səviyyəsində  qurulduğunu və xarici auditə hazır olduğumuzu qeyd etdi. 
Daha sonra toplantıda Ekoloji monitorinq departamentinin rəis müavini Baş-auditor Ceyhun Əsgərov İMS-nin fəaliyyəti barədə hesabat verdi. Hesabatda idarəetmə sistemi üçün vacib olan daxili və xarici faktorların təyini, sifarişçi ilə əks əlaqə, müştərilərin məmnunluq səviyyəsi və uyğun maraqlı tərəflərdən gələn məlumatlar, şikayətlər və reklamasiyalar, risklərin idarəolunması və imkanların həyata keçirilməsi üçün tətbiq edilən fəaliyyətlərin effektliyini, cəmiyyətin fəaliyyətinin ətraf mühitə təsiri inteqrəedilmiş menecment sistemlərinə təsir edəcək dəyişikliklər, qanun və başqa şərtlərə uyğunluğun qiymətləndirilməsi və əvvəlki toplantıda qəbul edilmiş qərarların icra səviyyəsi barədə məlumat verdi.
Proses sahibləri uyğunsuzluqların aradan qaldırılması və proses kriteriyalarının yerinə yetirilməsi barədə hesabat verdilər.
Müzakirələrin sonunda yerinə yetirilməsi vacib olan rəsmiləşdirilmiş qərar struktur bölmə rəhbərlərinə tanışlıq və icra üçün təqdim edilməsi qəbul edildi.
    

















tarix : 12.07.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.