Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə həyata keçirilən qanvermə aksiyasında həkim-hemotoloqlar tərəfindən cəmiyyətin donor əməkdaşlarının sağlamlıqları öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülmüşdür.
Kollektivin bu aksiyaya qoşulmasının əsas məqsədi qana ehtiyacı olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstələrinə dəstək olmaq və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qan ehtiyatlarının yaradılmasına dəstək çağırışına qoşulmaqdan ibarət olmuşdur.
Aksiyada “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 80-dən yuxarı əməkdaşı iştirak etmişdir.
Bu kimi tədbirlər təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, cəmiyyətin əməkdaşları tərəfindən bundan sonra da davam etdiriləcəkdir.