ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş SOCAR üzrə üzgüçülük yarışında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin işçilərdən ibarət komandası da iştirak etmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il sentyabrın 29-da xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli neft strategiyasının memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə SOCAR və “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Növbəti keçirilən tədbirlərdən biri də üzgüçülük üzrə yarışdır. Bu yarış “Neftçi İdman Klubu” İctimai Birliyi tərəfindən təşkil olunur və həyata keçirilir.
Yarışın  keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkili, komanda ruhunun formalaşması, onlarda idmana olan maraqların artırılması və həmkarlar arasında sıx ünsiyyət əlaqələrinin daha da möhkəmlənməsindən ibarətdir.
Yarış  28 iyul 2023-cü il tarixdə  “Astoriya”  üzgüçülük hovuzunda SOCAR-ın  müəssisələri və birgə müəssisələrin işçiləri arasında  şəxsi və komanda  şəkilində keçirilmişdir. 
Bu yarışda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin   kişilərdən  ibarət komandası da iştirak etmişdir. 
Yarış sonunda şəxsi və komanda yarışlarında I, II, III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplom, medal və hədiyyələr ilə mükafatlandırılmışlar.
 Şəxsi yarış üzrə I yer SOCAR “Azneft” İB, II yer SOCAR Bakı Ali Neft məktəbi, III yer SOCAR Petrolium qalib olmuşlar
 Komanda yarışı üzrə isə I yer SOCAR Polimer, II yer SOCAR Bakı Ali Neft məktəbi, III yer  SOCAR Petrolium olmuşdur.
Qalib idmançılara uğurlar arzulayırıq.







tarix : 28.07.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.