ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə profilaktiki tədbirlər və dezinfeksiya işləri həyata keçirir.
15-27 iyul 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya  şöbəsinin əməkdaşları təxirə salınmaz (deratizasiya, dezinseksiya, dezinfeksiya, işçi personalların qorunması ilə əlaqədar sürünənlərə qarşı dərmanlama işləri və su çənləri) dezinfeksiya işlərini SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə müntəzəm davam etdirirlər.

SOCAR-ın Təsərrüfat departamentində, “Azneft” İstehsalat Birliyinin və Maddi Texniki Təchizat İdarəsinin inizibati binalarında və 2 saylı Sənqaçal bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsində, “Neft Daşları” NQCİ-nin istehsalat   sahələrində, “Siyəzənneft”, “Abşeronneft”, “Bibiheybətneft” və  Ə.Əmirov adına NQÇİ-nin inzibati binalarında və sahələrində, “28 may” NQÇİ-nin “Neft Daşları” sahəsində, “Neft Daşları” NQÇİ-nin Mənzil Kommunal təsərrüfatı və sahələrində, 8 və 10 saylı Dərin Dəniz Özülü, Neftin Tam Hazırlanması və Qazın Təhvili (Dübəndi, Zirə) sahələrində,  Dalğıc Qəzaxilasetmə İdarəsinin Xidmətinin Pirallahı, Qaradağ sahələri və inzibati binalarda, N. Nərimanov adına NQÇİ-nin inzibati binasında, Daşgil və Qobustan sahələrində, “28 may”  NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Qaradağ) sahələrində, Qaz Emalı zavodunun sahələrində, Qaz Anbarları İstismar İdarəsinin Qalmaz Qaz Saxlama və Qaz Kompressor sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında, Qaradağ İstehsalat Bölümünün idarə aparatında, Puta, Sabunçu, Lökbatan, Daşgil, Suraxanı Neftin Nəqli sahələrində, Dübəndi İstehsalat və Abşeron İstehsalat Bölümünün, Suraxanı Neftin Nəqli və Sənqaçal sahəsində, “Neftqaztikinti” trestinin inzibati binasında, “Neft daşları Günəşli” İstehasalat Bölümünün inzibati binası və onun strukturuna aid olan 4, 5, 6 və 7 (Sanqaçal sahəsi) saylı Tikinti Quraşdırma Bölümlərinin sahələrində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binası və Elmi Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binası və onun struktur bölməsi olan, Etilen-Polietilen zavodunda, Azəriqaz İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin inzibati binası və Anbar təsərrüfatında, Bakı Regional Qaz İstismar İdarəsinin  Albalılıq, Nardaran, Dübəndi, Sanqaçal, Şıxov, Lökbatan, Qobustan və Yeni Qobustan, Maştağa-1 və 2, Əhmədli, Sumqayıt Qaz İstismar sahələrində, Anbar Təsərrüfatında, 2 saylı Təmir Quraşdırma və Təmir Bərpa Xidmətində, Suraxanı, Səbail, Sabunçu Texniki Xidmət sahələrində, Zaqatala Regional Qaz İstismat İdarəsinin inzibati binası, Balakən, Katex, Əliabad, Oğuz, Şəki, Qəbələ, Qax, Göynük, Soltannuxa, Cəfərabad, Maqov Qaz paylayıcı stansiya və xidmət sahələrində,  Təmir Tikinti İdarəsinin 1 saylı Tikinti Quraşdırma sahəsində, Qəza Təmir Bərpa Xidmətində, Sənaye Qaz Sayğaclarına Xidmət mərkəzində, “Neftçi İdman Klubu” İctimai Birliyinin inzibati binasında və Tofiq İsmayılov adına stadionunda, İstismar departamentinin Qaradağ Texniki İstismar xidmətində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Qaradağ, Bibiheybət quyularında, 1 və 2 saylı Anbar Təsərrüfatında, Neft Daşları-Günəşli, Qazma Servis İstehsalat Bölümlərində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Səngəçal sahəsində, “Azəri”, “Bahar” Geoloji Mədən Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış, Mədəngeofizika, Kəşfiyyatgeofizika İstehsalat Bölümlərində, Geoloji Materialların Emalı İmpretasiya Ekspedisiyasında, Qaz İxrac İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında, Qaradağ, Yeni Suraxanı, Böyükşor, Masazır, Xırdalan, Modul, Digah Qaz Paylayıcı stansiyalarında, Böyukşor Avtomatlaşdırılmış Qaz paylayıcı sahəsində, Metanol və Karbamid zavodlarının inzibati bina və sahələrində, Sənaye Təhlükəsizlik idarəsinin inzibati binasında, Sosial İnkişaf İdarəsinin inzibati binasında və Qubek otel və İdman kompleksində, Gənc İstedadlar Təhsil Kompleksi və Kampusunda, Anbar təsərrüfatı bölümündə, Bakı Olimpiya stadionunda, Təhlükəsizlik İdarəsinin inzibati binası və idman zalında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 3, 4, 5 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrinin, H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun inzibati binası, sex və sahələrində,  Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Texnoloji Xidmət Departamentində, Abşeron-Qala, Daşgil-Səngaçal Rabitə İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, “Ümid-Babək” Əməliyyat Şirkətinin Mərkəzi Anbarında,  Daşgil Bypass İstehsalat Birliyində, Səngaçal baş qurğuların inzibati binalarında, Azgerneft MMC-də, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində və Yaşayış və İdman Komplekslərində, ümumilikdə 396 563 mderatizasiya, 416 154 mdezinseksiya, 33 213 msahədə dezinfeksiya işləri yerinə yetirilmişdir.

SOCAR-ın strukturuna daxil olan idarə, müəssisələrin və birgə müəssisələrin ərazilərində 20 861 msahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

tarix : 01.08.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.