ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə profilaktiki tədbirlər və dezinfeksiya işləri həyata keçirir.
28 iyul - 8 avqust 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları Sanitariya-Epidemioloji Salamatlıq haqqında Azərbaycan Respublikasının 10.11.1992-ci il tarixli 371 saylı Qanunun yoluxucu, parazitar və peşə xəstəliklərinin əmələ gəlməsi və yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən deratizasiya, dezinseksiya və dezinfeksiya (Profilaktik dezinfeksiya tədbirlərini), habelə işçi personalın sürünənlərdən mühafizəsi tədbirlərinin aparılmasını və idarə, müəssisələrdə olan ehtiyat içməli su çənləri müəssisələr tərəfindən mexaniki çöküntülərdən təmizlənir, yuyulur və dezinfeksiya işləri aparılır. SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə müntəzəm olaraq bu tipli işlər davam etdirirlər.

Bu tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2000-ci il tarixli 60 saylı əmrinə əsasən ayda 2 dəfə deratizasiya (gəmiricilərə qarşı mübarızə), 3 dəfə dezinseksiya (həşəratlara qarşı mübarızə) və 3 dəfə də dezinfeksiya (virus və mikroorqanizmlərə qarşı mübarızə) tədbirləri  aparılır. 
SOCAR Təsərrüfat Departamentində, “Azneft” İstehsalat Birliyinin, Maddi Texniki Təchizat İdarəsinin inzibati binası və anbarlarında, 2 saylı Səngəçal bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsində, “Bibiheybətneft”, “Neft Daşları”, “28 may” NQÇİ-nin inzibati binaları, sex və sahələrində, “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli, Təhvili (Hövsan, Zirə, Dübəndi) sahələrində, N. Nərimanov adına NQÇİ-nin inzibati binasında, Dalğıc Qəzaxilasetmə Xidmətinin Pirallahı sahəsində, Daşgil və Qobustan sahələrində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Dalğıc Xidmətinin inzibati binasında və Qaradağ sahəsində, Qaz Emalı zavodunun sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası, Qalmaz Qaz Saxlama və Qalmaz Qaz Kompressor sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında, Qaradağ İstehsalat Bölümünün idarə aparatı və sahəsində, Puta, Şirvan Neftin Nəqli sahələrində, Abşeron İstehsalat Bölümünün inzibati binasında və Daşgil Neftin Nəqli sahəsində, Dübəndi İstehsalat Bölümündə, İxrac İstehsalat Bölümünün inzibati binasında, Anbar Təsərrüfatı Bölümünün Neft Emalı zavodu və Səngaçal sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümünün sahələrində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında və Elmi Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binası və onun struktur bölməsi olan Etilen-Polietilen zavodunun sex və sahələrində, Təmir-Tikinti İdarəsinin inzibati binasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında, Təmir-Tikinti İdarəsinin izibati binası və Sənaye qaz sayğaclarının xidmət mərkəzində, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi Üzrə sahələrində, 1 , 2, 4 saylı Təmir Quraşdırma və Qəza Təmir Bərpa Xidməti sahələrində, Anbar təsərrüfatında, Bakı Regional Qaz İstismar Departamentinin Qobustan, Yeni Qobustan, Ələt, Puta, Norm Qaz Paylayıcı stansiyalarında, Xətai, Xəzər, Suraxanı, Qaradağ, Sabunçu Texniki Xidmət sahələrində, Səlyan Regional Qaz İstismar İdarəsinin inzibati binası və Atbulaq, Rəncbər, İmişli, Ötüzüklər, Qaracalar, Nərimankənd, Azadkənd, Axundov, Sabirabad, Salyan, Bəydilli, Şorsulu, Təzəkənd, Hacıqabul 1 və 2 Qaz Paylayıcı stansiyalarında, Şirvan, Sabirabad, Qaratəpə, Saatlı, İmişli xidmət sahələrində, Sumqayıt Qaz İstismar sahəsində, Şəmkir Regional Qaz İstismar İdarəsinin Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy xidmət sahələrində, Qazax, Əksipara, Şıxlı,Yuxarı Salahlı, Ağköynək, Ağstafa, Köçəskər, Tovuz, Qovlar, Dondar-quşçu, Alakol, Dəllər, Zəyəm, Şəmkir SES, Əliyaqublu, Çənlibel, Çinarlı, Gədəbəy Avtomatlaşdırılmış Qaz Paylayıcı stansiyalarında, Xanlıqlar, Morul, Bayramlı, Sarıtəpə, Zəhmət Qaz Tənzimləyici stansiyalarında, Tərtər Regional Qaz İstismar İdarəsinin Tərtər, Bərdə, Beyləqan, Ağcabədi, Fizuli, Ağdam xidmət sahələrində, Qazax Magistral Qaz Kəmərləri Sahəsinin inzibati bina və ətraf ərazisində, Ağdam Magistral Qaz Kəmərləri sahəsinin inzibati binası və Bərdə Qaz Tənzimləmə Məntəqəsində, Horadiz -Laçın Magistral Qaz Kəmərləri Sahəsinin Zəngilan Ağalı kəndi ərazisində, Mərkəzi Texniki İstismar Xidmətinin Yasamal, Nəsimi xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Bibiheybət quyularında, 2 saylı Anbar Təsərrüfatında, Neft Daşları-Günəşli İstehsalat Bölümünün inzibati binasında, Qazma Servis İstehsalat Bölümündə, Ümid-Babək Əməliyyat Şirkətinin Mərkəzi Anbarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Səngəçal sahəsində, “Azəri”, “Bahar” Mədən Geoloji Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış, Mədəngeofizika (Səngəçal sahəsi), Kəşfiyyatgeofizika İstehsalat Bölümlərində, Geoloji Materialların Emalı İmpretasiya Ekspedisiyasında, Qaz İxrac İdarəsinin inzibati binasında, Anbar təsərrüfatı sahəsində, Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında və Hacıqabul, Kürsəngi-Qarabağlı Qaz Kompressor Stansiyalarında, “B” kranlar və 47, 206-cı km kranlar meydançalarında, Şirvan Xətti İstismar Xidmətinin inzibati binasında və Astara, Qarasu, Qalmaz, Azadkənd ölçü qovşağlarında, Şirvan-İstilik-Elektrik Stansiyası Magistral Qaz Kəmərlərinin 0-cı km-dəki sərfölçmə qovşağında, Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Balaxanı Kompressor, Digah, Qaradağ, Sumqayıt, Şıxov, Yeni Suraxanı, Masazır, Xırdalan Qaz Paylayıcı, Modul Elektrik (NEZ-in ərazisi) stansiyalarında, Hövsan Qaz Xidməti sahəsində, Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin Şirvanlı Xətti İstismar Xidməti sahəsində, Astara Magistral Qaz Kəmərləri Sahəsinin  Saatlı Qaz Paylayıcı Stansiyasında, Sabirabad Xətti İstismar Xidməti sahəsində, Metanol və Karbamid zavodlarının inzibati bina və sahələrində, Sənaye Təhlükəsizlik idarəsinin inzibati binasında, Sosial İnkişaf İdarəsinin Anbar təsərrüfatı bölümündə, Şirvan şəhər stadionunda, Anbar təsərrüfatı sahəsində, Bakı Olimpiya stadionunda, Təhlükəsizlik İdarəsinin inzibati binası və idman zalında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 3, 4, 5 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, Qaraj sahəsində, xüsusi texnikasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan “28 may” NQÇİ-nin telefon stansiyasında, Abşeron-Qala, Daşgil-Səngaçal Rabitə İnformasiya sahələrində, İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət Depatamentində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Ümid-Babək Əməliyyat Şirkətinin Daşgil Bypass və Səngəçal baş qurğularının inzibati binalarında, ümumilikdə 329 205 mderatizasiya, 402 820 mdezinseksiya 19809,25 msahədə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 13 805 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində, əməliyyat şirkətlərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.


















tarix : 10.08.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.