ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrəedilmiş Menecment Sistemləri üzrə xarici auditi keçirilir
08 avqust 2023-cü il tarixində Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanmışdır. Cəmiyyətin bütün struktur bölmələri üzrə keçiriləcək xarici auditdə TSİ-nun Azərbaycandakı təmsilçisi Baş mütəxəssis Xatirə Salahova iştirak edir. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun istehsalat üzrə müavini – Texniki direktor  Məzahir Hüseynov xarici audit toplantısını açıq elan edərək toplantı iştirakçılarını və qonağı salamladı. Ötən dövr ərzindəki fəaliyyət barədə ətraflı məlumat verdi. Audit zamanı İSO 9001 “Keyfiyyətin İdarəedilməsi”, İSO 14001 “Ətraf Mühitin İdarəedilməsi”, İSO 45001 “Əmək Sağlamlığı və Təhlükəsizliyinin İdarəedilməsi” sistemləri üzrə uyğunluq haqqında məlumat verilmişdir ki, bu da digər İnteqrə Etmə Sistemlərinə asanlıqla inteqrasiyanı təmin edir.

Daha sonra auditor auditin məqsədini açıqlayaraq, hər üç sistemin cəmiyyətimizdəki tətbiqinin effektivliyinin yoxlanılmasını, menecment sisteminin əsas elementləri olan siyasət, məqsəd və tədbirlər planı, İnteqrəedilmiş Menecment Sisteminin idarəedilməsi, İnteqrəedilmiş Menecment Sisteminin rəhbərlik tərəfindən analizi, risk və aspektlərin idarəedilməsi, müştəri məmnuniyyətinin və s. yoxlanılmasını bildirmişdir. Aparılan auditin yekunu olaraq qarşı tərəf Cəmiyyətin fəaliyyətinin İnteqrəedilmiş Menecment Sistemlərinin tələblərinə uyğunluğunun tətbiqinin yüksək səviyyədə qurulduğunun təsdiqini bildirdi. Auditin şəffaf və işgüzar şəraitdə keçirilməsi üçün hərtərəfli şəraitin yaradılması diqqətə çatdırılmışdır.
Xarici audit QSC-nin struktur bölmələri əhatə olunmaqla avqust ayının 08-10 tarixində keçirilməsi nəzərdə tutulmuşdur.







tarix : 11.08.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.