ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yay mövsümünə uyğun işlər davam etdirilir.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların rekultivasiyası departamentinin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yay  mövsümünə uyğun  işlərin icrasına başlanmış və hal-hazırda davam etdirilir. Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Azneft” İB-nin "Abşeronneft" NQÇİ-nin reabilitasiya olunmuş mədən əraziləri), 2-ci (“Azneft” İB-nin Qaz Emalı Zavodunun əraziləri və “BibiHeybətneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən əraziləri) sahələrində və “Azneft” İB-nin “Neftdaşları” NQÇİ-nin ərazisində məqsədyönlü aqrotexniki tədbirlər həyata keçirilir.

Yay mövsümü ilə əlaqədar yaşıllıq sahələrində ağacların diblərinin boşaldılması, suvarılması işləri və gübrələrlə təmin edilməsi, həmçinin yaşıllıq sahələrində bərpa işlərinin aparılması istiqamətində zəruri tədbirlər görülür.
Hazırda TRD “Azneft” İB-nin Qaz Emalı Zavodunun ərazisində 13 min 820 ədəd, “BibiHeybətneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində 73 min 429 ədəd, “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində 45 min 839 ədəd, “Neft Daşları” NQÇİ-nin ərazisində 6 min 957 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 985 ədəd müxtəlif növ ağac və bəzək kollarına yay mövsümü ilə əlaqədar aqrotexniki xidmətlər göstərilir.
Yaşıllıq sahələrindəki bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyinlə təmin edilir, suvarma işləri mexaniki və damcı üsulu ilə aparılır. Əlavə olaraq quruyan ağacların yenisi ilə əvəz edilməsi işləri həyata keçirilir.
Beləliklə TRD-nin 1-ci və 2-ci sahələrində çalışan işçilər ümumilikdə 87,3 ha sahədə 140 min 045 ədəd müxtəlif növ ağac, bəzək kolları və bitkilərə aqrotexniki işləri yüksək səviyyədə yerinə yetirirlər.
QSC-nin Torpaqların rekultivasiyası departamentinin xidmət göstərdiyi yaşıllıq sahələrində yay mövsümi işlərinin aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

















 


tarix : 16.08.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.