ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi xidmət sahələrində fəaliyyətini uğurla davam etdirir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Nəqliyyat sexinin işçiləri üzərlərinə düşən işləri vaxtında və keyfiyyətlə yerinə yetirərək uğurla həyata keçirirlər. Sexin istifadəsində olan minik və yük avtomobilləri eləcə də xüsusi təyinatlı texnikalar  vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji yönümlü layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini verirlər.

2023-cü ilin 6 ayı ərzində Nəqliyyat sexi tərəfindən təmin edilmiş nəqliyyat vasitələri və xüsusi təyinatlı texnikalar ilə “Suraxanı OYL Opereyşn” Kompani S.A şirkətinin mədən ərazilərindən 19240 mmədən axıntı suların,  SOCAR-ın “Neftqaztikinti” trestinin ərazisindən 32 m3, “Azəriqaz” İstehsalat Birliyinin Anbar Təsərrüfatı və Təmir Tikinti idarəsinin ərazisindən 771 maxıntı çirkab suların, xidmət göstərdiyimiz SOCAR-ın struktur bölmələrinə aid olan “Azneft” İB-nin Tullantıların İdarə Edilməsi mərkəzinin ərazisindən 3160 mistehsalat çirkab suları, Karbamid zavodunun ərazisindən 20 m3, Sənaye Təhlükəsizlik İdarəsinin ərazisindən 11 m, Neft Kəmərləri İdarəsinin ərazisindən 11 m3, Qaz Anbarları İstisamarı İdarəsinin ərazisindən 11 m, Azərbaycan Supermarket MMC-dən 1932 m3, Grand Agro-dan 34 mvə Midl İst Petrolium FZE şirkətindən 11 maxıntı çirkab suların daşınması işlərini həyata keçirmişdir.
Su daşıyan nəqliyyat vasitəsilə QSC-nin Torpaqların rekultivasiyası departamentinin (TRD) xidmət göstərdiyi “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin, A-4 (Zığ sahəsi), Eko Park İnnovasiya Mərkəzinin ərazilərindəki yaşıllıqların, ağacların və gül kollarının suvarılması üçün su daşınmaları yerinə yetirilmişdir. Eyni zamanda Tullantıların emalı departamentinin (TED) 3, 4, 5, 6-cı  (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalat Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrindən  tullantı əşyaları və torpaq xüsusi texnikalar vasitəsi ilə daşınmışdır. 
TRD-nin xidmət göstərdiyi sahələrə nəqliyyat vasitələri ilə torpaq, peyin, ağac tingləri daşınmışdır.  Xüsusi texnikalar vasitəsi ilə sahələrdə müxtəlif ərazilər hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilmişdir.
Nəqliyyat sexinin istifadəsində olan Avto Yükləyici Balkankar, xüsusi texnika və avtokran vasitələri daima istehsalata yönəldilərək müxtəlif təyinatlı işlər görülmüş, həmçinin qazel avtomobilləri ilə TRD-nin və TED-nin istehsalat sahələrinə, xidmət göstərdiyimiz Tullantıların İdarə Edilməsi Mərkəzinə davamlı olaraq mal-materiallar və istehsalat avadanlıqları daşınmışdır.
Eləcə də TED-nin 5-ci (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalat Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahəsindən “Alfa Laval” şirkətinin dekanter qurğusunda emal prosesi nəticəsində formalaşan torpaq yükləyici  və  özüboşaldan  nəqliyyat və texnikaların köməyi ilə xüsusi ərazilərə daşınmışdır. Nəqliyyat sexinin əsas məqsədi  texniki vasitələrlə QSC–nin fəaliyyətinin prioritet vəzifəsi olan ətraf mühitin qorunması və ekoloji layihələrin yerinə yetirilməsində yaxından iştirak etməkdən ibarətdir. 
Odur ki,  ötən illərdə olduğu kimi, 2023-cü ilin 6 ay ərzində  Nəqliyyat sexinin nəzdində fəaliyyət göstərən nəqliyyat vasitələrinə texniki xidmətlərin artırılması işləri, mövsümi rejimdə işləmələri üçün ehtiyat hissələri, yanacaq və sürtgü materialları ilə təmin edilmiş və hərəkətin təhlükəsizliyinin təmini məqsədilə sürücülərə vaxtaşırı təlimatlar keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi bütün sahələr üzrə nəqliyyat vasititələri  və  xüsusi  texnikalar təlabata uyğun işlər yerinə yetirmişlər.










tarix : 18.08.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.