ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Azneft” İB-nin Xəzər dənizindəki neft-qaz yatağında mövsümi ekoloji monitorinq işləri aparılmışdır
Xəzər dənizi ekosisteminə təsirləri öyrənmək və qiymətləndirmək məqsədi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin Ekoloji monitorinq departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən 2023-cü ilin iş proqramına uyğun olaraq “Azneft” İB-nin  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz yataqlarında yay mövsüm üzrə planlaşdırılmış ekoloji monitorinq işləri aparılmışdır.  

Monitorinqlər 2023-cü ilin yay aylarında “Azneft” İB-nin N.Nərmanov adına NQÇİ-nin “Səngəçal-Düvannı-Xərə-Zirə”, “8 Mart”, “Bulla dəniz” və “Ələt dəniz” yataqlarında, “Neft Daşları” NQÇİ-nin “Neft Daşları” və “Palçıq Pilpiləsi yataqlarında, “28 May” NQÇİ-nin “Günəşli” yatağında və  “Abşeronneft” NQÇİ-nin “Abşeron bankası”, “Qərbi Abşeron” və “Gürgan dəniz” yataqlarıda həyata keçirilmişdir.
Neft-qaz yataqlarında monitorinq zamanı layihə üzrə seçilmiş hər bir stansiyada batometr vasitəsilə su qatlarından su nümunələri götürülmüşdür. Götürülmüş su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur çoxrejimli analitik cihazla gəminin laboratoriyasında təyin olmuşdur.
Bundan başqa dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülmüş, tədqiqat gəmisinin laboratoriyasında qablaşdırılmış və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilmişdir. Alınmış laboratoriya nəticələri təhlil edilmiş və müvafiq hesabat hazırlanaraq “Azneft” İB-nə təhvil verilmişdir.
Ekoloji monitorinq işləri digər mövsümlərdə olduğu kimi payız mövsümündə də davam etdiriləcək.








tarix : 21.08.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.