ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İB-nin xidmət göstərdiyimiz Tullantıların İdarə Edilməsi Mərkəzində (TİEM) fəaliyyətini uğurla davam etdirir.
"Ekol Mühəndislik Xidmətləri" QSC xidmət göstərdiyi TİEM-də müxtəlif növ fəaliyyət istiqamətləri üzrə xidmətlərini davam etdirir.

Xidmətlər müxtəlif istiqamətlərdə aparıldığı üçün hal-hazırda, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin mütəxəssisləri tərəfindən TİEM-ə SOCAR-ın idarə və müəssisələrindən daxil olunan 40 növdən çox istehsalat tullantıları qəbul olunur. Qəbul olunan tullantılar ərazidə xüsusi ayrılmış yerlərdə çeşidləmə işləri aparılaraq təyinatı üzrə yerləşdirilir. Tullantılar növündən asılı olaraq bir hissəsi müvəqqəti saxlanılır, bəziləri basdırılma üsulu ilə utilizasiya edilir, digərləri isə Mərkəz ərazisində istismar edilən qurğularda emal edilir.
Mərkəzə daşınan qazma tullantılarının emalı və zərərsizləşdirilməsi məqsədilə 2 ədəd “VacuDry” (A və B) tipli vakuum distillə qurğusu “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ixtisaslaşmış mütəxəssis heyəti tərəfindən istismar edilir.
Hazırda “VacuDry” qurğularında BP şirkətindən daxil olan qazma tullantıları zərərsizləşdirilir.
Texnoloji reqlamentə əsasən bir ədəd “VacuDry” qurğusu saatda 3-5 ton emal gücünə malikdir. Qazma şlamı “VacuDry” qurğusunda emal edildikdən sonra üç növ məhsul əmələ gəlir. Bərpa olunmuş yağ, bərpa olunmuş su və təmizlənmiş quru qalıq.
Bərpa olunmuş yağ sifarişçiyə qaytarılaraq təkrar qazmada istifadə edilir, sənaye suyu isə təmizləyici qurğuya göndərilir. Tərkibində 0,5%-dən aşağı karbohidrogen olan mexaniki qarışıq ətraf mühitdən tam təcrid edilməsi üçün mərkəzdə inşa edilmiş və geomembranla örtülmüş 50 000 m3olan yeraltı tutumlara boşaldılır.
Mərkəz ərazisində utilizasiya və ya təkrar emal edilə bilməyən sellüloz, plastik, akkumlyator və s. kimi tullantılar çeşidlənərək bu sahədə ixtisaslaşmış Metak MMC, Azmonbat MMC, Azərsun Holding MMC və s. şirkətlərə utilizasiya məqsədi ilə təhvil verilir. 
Ərazisində istismar edilən press avadanlığı vasitəsi ilə gün ərzində 1-1.5 ton çəkidə olan sellüloz tullantı preslənərək müvəqqəti saxlama yerlərinə təhvil verilir.
Mərkəz ərazisi və ətrafında aqrotexniki tədbirlər həyata keçirilir. Ərazisində mövcud 6500 ağac və kol bitkilərinə xidmət göstərilərək suvarılması işləri və bərpa işləri həyata keçirilir. Mərkəz ərazisinin 35 hektar olduğunu nəzərə alaraq mümkün yanğın təhlükəsini nəzərə alaraq ərazi alaq otlardan təmizlənir.





















tarix : 24.08.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.