32,37 ha əraziyə malik olan İnnovasiya Mərkəzinin əsas fəaliyyət sahələri hər birinin gücü 10 kv/saat külək turbinləri və ümumi gücü 35 kv/saat olan günəş panellərindən ibarət olan alternativ enerji mənbəyi olmaqla 500 m2 ərazini əhatə edən müasir tələblərə cavab verən şitillərin böyüdülməsi və adaptasiyası bölmələrinin fəaliyyəti mövcuddur. Bundan başqa Mərkəzdə ağac, kol və yaşıl ot örtüyünün suvarılması üçün 101290 m2 ərazini əhatə etməklə damcı, püskürtmə və əl üsulları ilə yerinə yetirilir.
Bitkilərin toxum, çiling və calaq vasitəsi ilə çoxaldılması və növbəti mərhələyə qablaşdırılması üçün müasir istixanalarda, 2 ha ərazidə yerləşən və açıq hava şəraitində bitkilərin mövsümə uyğun əkilib-becərilməsi üçün fidanlıqda böyük əhəmiyyət kəsb edən işlər yerinə yetirilir.
İstixanalarda 10500 m2 sahədə göbələk və bakterial xəstəliklərin törədicilərinə qarşı dezinfeksiya, 12400 ədəd ağac tinglərinin kök çürüməsinə və digər xəstəliklərə qarşı dərmanlama, 16300 ədəd ağac tinglərinə gübrələmə işləri aparılmış və 2480 m2 ərazidə mexaniki üsulla alaq bitkilərinə qarşı mübarizə aparılmışdır.
Ətraf mühitin mühafizəsinə diqqətin artırılması və ekoloji layihələrin aşılanması üçün maarifləndirmə sahəsi fəaliyyət göstərir.
Mərkəzdə görülən işlərlə yanaşı Abşeron iqliminə uyğun gələn müxtəlif növ ağac bitkiləri, eyni zamanda müxtəlif növ otaq gülləri və bütün hava şəraitinə tab gətirən hər mövsümə uyğun yaşıllıq üçün bitkilər yetişdirilərək istifadəyə verilir.
Bütün görülən bu işlərlə yanaşı İnnovasiya Mərkəzində yaradılmış Eko Mərkəzdə Azərbaycan etnoqrafiyası, təsviri sənəti, filateliyası, dekorativ tətbiqi sənəd nümunələri və sair işlərlə tanış olmaq olar.