ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamenti fəaliyyətini uğurla davam etdirir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamenti (EMD) fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər xidmətləri həyata keçirmişdir.

Müvafiq müqaviləyə əsasən EMD tərəfindən "AzGerneft" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "Balakhanı Operatinq Company LTD" Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat sahələrində və eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, dövrü ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Monitorinq zamanı müşahidə materialları ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilmişdir. Bu monitorinq işləri əsasən hasilat, qazma və emal həyata keçirilən müəssisələri əhatə etmişdir. Yerinə yetirilən ekoloji monitorinq işləri zamanı müəssisələrdə formalaşan axıntı sulardan nümunələr götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlik dərəcəsi dinamikada öyrənilmişdir. Müşahidə məlumatları əsasında Səyyar monitorinq xidməti tərəfindən hesabat hazırlanaraq “Sifarişçi” təşkilatlara təqdim edilmişdir. EMD-nin Normativ-texniki sənədlərin hazırlanması üzrə mütəxəssisləri tərəfindən "AzGerneft"  MMC üçün “Ekoloji pasport”, “Təhlükəli tullantıların inventarlaşdırılması və pasportlaşdırılması” və “Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırtılması” ekoloji normativ-texniki sənədləri işlənib hazırlanmış və müvafiq qaydada təsdiq olunaraq sifarişçilərə təhvil verilmişdir. Bundan başqa "AzGerneft"  MMC üçün hazırlanmış “Tullantı Suları ilə Su Obyektlərinə Axıdılan Zərərli Maddələrin Buraxıla Bilən Axıntı Həddi Layihəsi” və “Atmosferə Atıla Bilən Tullantı Həddi Normativləri Layihəsi” ekoloji normativ texniki sənədləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinə təsdiq üçün təqdim edilmişdir.
EMD-nin  Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) nümunələr üzərində kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmış, neftşlamın zərəsizləşdirilməsi, sənaye axıntı suyunun və neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə təqdim olunmuş bir sıra reagentlər tətbiq edilməklə laborator sınaqları aparılmış və müvafiq hesabatlar tərtib edilmişdir. KTL-da istifadə edilən cihaz və avadanlıqlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-sınaq Mərkəzi tərəfindən növbəti yoxlamadan keçirilmişdir.
Belə ki, EMD-nin mütəxəssisləri tərəfindən Tullantıların emalı departamentinin 3, 4 və 5-ci sahələrindən fəaliyyət göstərən qurğuların iş prosesi zamanı, giriş və çıxışlarından nümunələr götürülmüş və 6-ci sahədən  201 axıntı və lay suyu nümunələri, 3 torpaq, 6 tullantı neft məhsulu nümunəsi üzərində  602 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün struktur bölmələri əhatə olunmaqla, İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, İSO 45001) daxili auditi keçirilmişdir. 
Ekoloji monitorinq departamenti yüksək səviyyəli ekoloji xidmətlərin göstərilməsi və "Sifarişçi" məmnunluğunun əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.

















tarix : 01.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.