ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə profilaktiki tədbirlər və dezinfeksiya işləri həyata keçirir.
21 avqust -  30 avqust 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları Sanitariya-Epidemioloji Salamatlıq haqqında Azərbaycan Respublikasının 10.11.1992-ci il tarixli 371 saylı Qanunun yoluxucu, parazitar və peşə xəstəliklərinin əmələ gəlməsi və yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən deratizasiya, dezinseksiya və dezinfeksiya (Profilaktik dezinfeksiya tədbirlərini), habelə işçi personalın sürünənlərdən mühafizəsi tədbirlərinin aparılmasını və idarə, müəssisələrdə olan ehtiyat içməli su çənləri müəssisələr tərəfindən mexaniki çöküntülərdən təmizlənir, yuyulur və dezinfeksiya işləri aparılır. SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə müntəzəm olaraq bu tipli işlər davam etdirirlər.

Bu tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2000-ci il tarixli 60 saylı əmrinə əsasən ayda 2 dəfə deratizasiya (gəmiricilərə qarşı mübarızə), 3 dəfə dezinseksiya (həşəratlara qarşı mübarızə) və 3 dəfə də dezinfeksiya (virus və mikroorqanizmlərə qarşı mübarızə) tədbirləri  aparılır. 
“Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun strukturuna aid olan Qaz Emalı zavodunun sex və sahələrində, Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Səngəçal bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin inzibati binalarında və Qala sahəsində, “Abşeronneft”, “Bibiheybətneft”, “Ə.Əmirov” NQÇİ-nin inzibati binaları, sex və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Daşgil və Qobustan sahələrində,  “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Təhvili (Qaradağ, Hövsan, Zirə),  Neftin Tam Hazırlanması və Təhvili (Dübəndi) sahələrində, Dalğıc Qəzaxilasetmə Xidmətinin Pirallahı sahəsində, 8, 14 saylı Dərin Dəniz Özülü, Dalğıc Xidmətinin 2 saylı istehsalat (Çilov adasında) və Qaradağ sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron İstehsalat Bölümünün Sabunçu, Sumqayıt və Suraxanı Neftin Nəqli sahələrində, Qaradağ İstehsalat Bölümünün idarə aparatı və  Daşgil, Puta, Şirvan Neftin Nəqli sahələrində, İxrac İstehsalat Bölümünün inzibati binasında, Anbar Təsərrüfatı Bölümünün Neft Emalı zavodu və Səngəçal sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərinin, Neft Emalı zavodunun sahələrində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında və Elmi Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Etilen-Polietilen zavodunun sex və sahələrində, Təmir-Tikinti İdarəsinin inzibati binasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsinin inzibati binası və onun strukturuna aid olan Qəza Təmir Bərpa, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahələrində, 2, 3, 4 saylı Təmir Quraşdırma və 2 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Bakı Regional Qaz Satış Departamenti və Layihə Konstruktor Bürosunun inzibati binalarında,  Bakı Regional Qaz İstismar Departamentinin Əhmədli, Lökbatan, Sənqəçal, Sement zavod, Şıxov və Sumqayıt Qaz Paylayıcı stansiyalarında, 1 saylı Xəttin İstismar Xidmətinin Masazır, Ceyranbatan, Mehdiabad və Novxanı Qaz Paylayıcı stansiyalarında, Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, Səbail, Suraxanı və Sabunçu Texniki Xidmət sahələrində, Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara, Şahağacı, Rvo, Hirkan, Lənkəran, Xarxatan, Yardımlı, Əngəvül, Ordahal, Alvadı, Tüklə, Masallı, Cəlilabad, Göytəpə, Günəşli, Biləsuvar və Ovçutəpə Qaz Paylayıcı stansiyalarında, Astara, Lənkəran, Yardımlı, Lerik, Masallı, Cəlilabad və Biləsuvar Xidmət sahələrində, Cəlilabad Qaz Tənzimləyici məntəqədə, Salyan Regional Qaz İstismar İdarəsinin Hacıqabul və Şirvan Xidmət sahələrində, Muğan, Hacıqabul 1 və 2,  Atbulaq, Qarasu və Rəncbər Qaz Paylayıcı stansiyalarında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Qaradağ və Bibiheybət quyularında, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Neft Daşları-Günəşli, Qazma Servis və Dübəndi İstehsalat Bölümlərinin inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Səngəçal sahəsində, “Azəri”, “Bahar” Mədən Geoloji Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış, Mədəngeofizika, Kəşfiyyatgeofizika İstehsalat Bölümlərində, Geoloji Materialların Emalı və İmpretasiya Ekspedisiyasında, Qaz İxrac İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Sumqayıt, Çilov ada, Qaradağ, Böyük-şör Avtomatlaşdırılmış, Yeni Suraxanı, Digah, Masazır və Xırdalan Qaz Paylayıcı Stansiyalarında, Astara Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında və Cənub Qaz sahəsində, Astara Kompressor stansiyasında, Ərçivan, Lerik və Göytəpə Qaz Paylayıcı Stansiyalarında, Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında və Hacıqabul Kompressor Stansiyasında, Hacıqabul Xətti İstismar Xidmətinin inzibati binasında, “B” kranlar və 47, 206-cı km kranlar meydançalarında, Astara, Qarasu və Qalmaz Ölçü Qovşağında, Şirvan Xətti İstismar Xidmətinin inzibati binasında və Qarabağlı və Kürsəngi Kompressor stansiyalarında, Metanol və Karbamid zavodlarının inzibati bina və sahələrində, Sosial İnkişaf İdarəsinin İdman zalı kompleksində və Bakı Olimpiya Stadionunda, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarəsinin inzibati binalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalasında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan “28 may” NQÇİ-nin rabitə sahələrində, Abşeron-Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət sahəsində, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, “Neftçi” İdman Klubu İctimai Birliyinin T.İsmayılov adına stadionunda və Qaradağ Təlim İdman bazasında, Ümid-Babək Əməliyyat Şirkətinin Mərkəzi Anbarında, Daşgil Bypass və Səngəçal Baş Qurğularının inzibati binalarında, ümumilikdə 378 547 m2 deratizasiya, 270 402 m2  dezinseksiya 19970 m2  sahədə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR AQŞ-nin ərazisində yerləşən 959 m3-lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 10 550 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində, əməliyyat şirkətlərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

















tarix : 06.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.