ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də SOCAR-ın korporativ dəyərlərinin təsdiqlənməsi ilə əlaqədar tədbir keçirilmişdir.
31.07.2023-cü il tarixində SOCAR-ın Baş ofisində SOCAR-ın təsdiq olunmuş 2035-ci ilə qədər Korporativ Strategiyası, missiya və məramına uyğun olaraq şirkətin korporativ dəyərlərinin yenilənməsi zərurətindən irəli gələn tədbir keçirilmişdir.

SOCAR-ın qrup əməkdaşları və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin rəisinin iştirakı ilə keçirilən bu seminar və sorğuların əsasında SOCAR-ın “Təhlükəsizlik”, “Vahid komanda”, “Davamlı İnkişaf”, “Hesabatlılıq” və “Qayğı” adlı 5 yeni korporativ dəyərləri formalaşmışdır.
Bununla Əlaqədar 11.09.2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində və bütün xidməti sahələrdə 5 yeni korporativ dəyərlərin tətbiq edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə QSC-nin Rəhbərliyi, departament rəisləri, şöbə, sex rəisləri və əməkdaşları iştirak etmişlər.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev tədbir iştirakçılarını salamladı və yenilənmiş Korporativ dəyərlərin biznes proseslərinə, prosedur, normativ və metodik sənədlərə, əməliyyatların icrasına, cəmiyyətdaxil, ictimaiyyət və kənar təşkilatlarla kommunikasiyanın qurulmasına, sosial təşəbbüslərin həyata keçirilməsinə və digər əhəmiyyətli proseslərə inteqrasiyasının təmin edilməsi və bununla bağlı maarifləndirmə işlərinin aparılması haqqında danışdı.
Daha sonra tədbirdə iştirak edən  Baş direktorun SƏTƏMM üzrə müavini Eldəniz Həsənli, Sosial şöbənin rəisi və Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, İnsan Resurslarının idarə edilməsi şöbəsinin rəisi Sədaqət Söhbətova və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov QSC daxilində insanlara və ətraf mühitə sıfır zərər vurulması prinsipinin əsas tutulması, təhlükəsizliyi pozan faktorlara dərhal reaksiya verilməsi, təhlükəsizliklə bağlı müvafiq qaydalara riayət edilməsi, davamlı olaraq təlim və maarifləndirmənin həyata keçirilməsi, çətinliklərin öhdəsindən birgə gəlinməsi, səylərimizin birləşdirilməsi, ideyaların unikallığı, fəaliyyətimizin coğrafi miqyasından, əməliyyatlarımızın müxtəlifliyindən asılı olmayaraq birgə çalışmağımız, fəaliyyətimizin nəticələrinə görə məsuliyyətimizin olması, şəffav və açıq dialoqun qurulması, dürüstlüyə önəm verilməsi, yüksək mənəvi prinsiplərin olması, proseslərin optimallaşdırılması, yeni və innovativ texnologiyalardan  istifadə və çevik qərarların qəbul edilməsi, dəyişikliklərə uyğunlaşmaq, sağlam, rahat və təminatlı iş şəraitdə fəaliyyət göstərmək, maddi rifahın və peşəkar inkişafın bizim üçün önəm kəsb etməsi və bizimlə birgə işləyən insanlara, bütün tərəflərə qayğı ilə yanaşmaq üçün 5 əsas yeni korporativ dəyərlərin formalaşmasından və tətbiqindən danışdılar.
Sonda bildirildi ki, 5 əsas yeni korporativ dəyərlərin QSC-də formalaşması və tətbiqi üçün bütün xidmət sahələrində maarifləndirmə və sorğu işləri aparılsın.











tarix : 13.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.