Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-də 20 Sentyabr “Neftçilər Günü” peşə bayramı münasibətilə nərd turniri keçirilmişdir
|
2023-cü il sentyabr ayının 14-də QSC-də rəhbərliyin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 20 Sentyabr “Neftçilər Günü” peşə bayramı münasibətilə işçilər arasında nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrindən 25 nəfərdən çox nərd həvəskarı qatılmışlar.
Turnirin açılışında rəhbərlik, struktur bölmə rəhbərləri və turnir iştirakçıları iştirak etmişlər. Turnirdə Baş direktor Ramil Əliyev tədbiri açıq elan edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və iqtisadiyyatımızın dinamik inkişafına güclü təkan verdiyini, bu strategiyanın Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxardığını, günü-gündən müasirləşən şəhər və kəndlərimizin siması bu davamlı yüksəlişin əks etdirdiyini bildirdi. Baş direktorun müavini - Texniki direktor Məzahir Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və İctimai-sosial şöbənin rəis müavini Məzahir İskəndərov turnir iştirakçılarına yarışda uğurlar arzulamışlar. Sonra iştirakçılara yarışın şərtləri izah edilmiş və turnirə start verilmişdir. Gərgin mübarizə şəraitində keçən turnirin final mərhələsində 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən edilmişdir. Turnirdə Torpaqların rekultivasiyası departamentinin 2-ci sahəsinin iş icraçıları 1-ci yeri Tural Qasımov və 2-ci yeri Bəhruz Cabbarov, 3-cü yeri isə İctimai-sosial şöbənin mühəndis-proqlamlaşdırıcısı Bəhruz Mustafayev tutmuşlar. Turnirin sonunda qaliblərə kubok, diplom və pul mükafatı təqdim olunmuşdur.
tarix : 15.09.2023
|
|
|
|
|
|
|