ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivinin iştirakı ilə 20 Sentyabr “Neftçilər Günü” peşə bayramı münasibətilə iməciliklər keçirilmişdir.
1994-cü ilin sentyabr ayında imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan Ümummilli Lider Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Həmin ildən Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və iqtisadiyyatımızın dinamik inkişafına güclü təkan verdiyini, bu strategiyanın Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxardığını, günü-gündən müasirləşən şəhər və kəndlərimizin siması bu davamlı yüksəlişin əks etdirilməsindən xəbər verir.
Hər il olduğu kimi bu il də “Ekol Mühəndislik Xidmətləri” QSC-də Tədbirlər Planına uyğun olaraq 20 Sentyabr “Neftçilər Günü” peşə bayramı münasibətilə iməciliklər keçirilir. 
2023-cü il sentyabr ayının 16-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət sahələrində iməcilik keçirilmişdir. İməcilikdə rəhbərlik və kollektivin çoxsaylı nümayəndələri iştirak etmişlər. Tədbir “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Abşeronneft” NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində, SOCAR-ın “Azneft” İB-nin Qaz Emalı Zavodunun ərazisinin yaşıllaşdırma sahələrində,  Tullantıların İdarə Edilməsi Mərkəzində, eləcə də cəmiyyətin “Ekologiya” İdarəsinin Balaxanı sahəsində, Dezinfeksiya şöbəsinin inzibati binasının ərazisində, istehsalat sahələrində və “Eko-Park” İnnovasiya Mərkəzinin yaşıllıq sahələrində  keçirilmişdir.
İməcilik zamanı  istehsalat  sahələri, inzibati binaların əraziləri  alaq otlarından, eləcə də digər tullantılardan  təmizlənmiş, yaşıllıqlara qulluq və abadlıq işləri yerinə yetirilmiş, tullantılar ərazilərdən kənarlaşdırılmışdır.
Eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər heyəti və bir qrup əməkdaşları ilə birlikdə dənizkənarı sahildə iməcilik keçirmişlər. 20 sentyabr  “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilən bu iməcilikdə əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin diqqətini bu tipli aksiyaların keçirilməsinə cəlb etməkdən ibarət olmuşdur.
İməcilik zamanı təyin olunmuş Buzovna qəsəbəsi yaxınlığındakı dəniz kənarı sahil zolağında plastik və dəmir qablardan, məişət və qeyri tullantılardan təmizləmə işləri aparılmış, toplanmış tullantılar xüsusi torbalara yığılaraq təyin edilmiş tullantı yerlərinə təhvil verilmişdir.
İməcilik sonunda təşkil edilmiş çay süfrəsində tədbir iştirakçıları ilə gələcəkdə də bu cür ekoloji yönümlü layihələrin həyata keçirilməsi haqqında maarifləndirici söhbətlər aparılmışdır. 



























tarix : 18.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.