ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də iməcilik və ağacəkmə aksiyası keçirilmişdir.
1994-cü ilin sentyabr ayında imzalanmış “Əsrin Müqaviləsi”nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan Ümummilli Lider Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Həmin ildən Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və iqtisadiyyatımızın dinamik inkişafına güclü təkan verdiyini, bu strategiyanın Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxardığını, günü-gündən müasirləşən şəhər və kəndlərimizin siması bu davamlı yüksəlişin əks etdirilməsindən xəbər verir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Tədbirlər Planına uyğun olaraq 20 Sentyabr “Neftçilər Günü” peşə bayramı münasibətilə iməciliklər və ağacəkmə aksiyası keçirilir. 
2023-cü il sentyabr ayının 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  xidmət göstərdiyi “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllıq sahələrində 20 Sentyabr “Neftçilər Günü” peşə bayramı münasibətilə “Azneft” İB-nin təşkilatçılığı ilə iməcilik və ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada “Azneft” İB-nin rəhbərliyi və kollektivi, “Abşeronneft”, “Bibiheybətneft”, “Neft Daşları”, N.Nerimanov adına NQÇİ-lərin rəhbərləri, II Qarabağ Vətən Müharibəsi qaziləri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin çoxsaylı nümayəndələri iştirak etmişlər. 
Aksiya zamanı  “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində 1000 ədəd zeytun ağacı və 1000 ədəd gül kolları əkilmişdir. Ərazi alaq otlarından, eləcə də digər tullantılardan  təmizlənmiş, yaşıllıqlara qulluq və abadlıq işləri yerinə yetirilmişdir. 
Ekoloji vəziyyətin yaxşılaşdırılması və insanların sağlamlığına təsir göstərən mənfi amillərin aradan qaldırılması missiyasını yerinə yetirən “Ekol Mühəndislik Xidmətləri” QSC gələcəkdə xüsusilə SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırlıması istiqamətində öz fəaliyyətini davam etdirəcək. 
İməcilik sonunda bu cür aksiyaların və ekoloji yönümlü layihələrin həyata keçiriləcəyi bildirildi. 




















tarix : 20.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.