ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində 20 sentyabr “Neftçilər günü” peşə bayramı münasibətilə toplantı keçirilmişdir.
1994-cü ilin sentyabr ayında imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan Ümummilli Lider Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Həmin ildən Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər.

2023-cü il sentyabr ayının 20-də 20 sentyabr “Neftçilər günü” peşə bayramı münasibətilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də toplantı keçirilmişdir. Toplantıda rəhbərlik, departament, şöbə və sex rəisləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Baş direktor Ramil Əliyev açıq elan edərək iştirakçıları salamladı. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ramil Əliyev çıxışını davam etdirərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və iqtisadiyyatımızın dinamik inkişafına güclü təkan verdiyini, bu strategiyanın Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxardığını, günü-gündən müasirləşən şəhər və kəndlərimizin siması bu davamlı yüksəlişin əks etdirilməsindən xəbər verdiyini bildirdi. 
Daha sonra çıxış üçün söz “Ekologiya” İdarəsinin rəis müavini Sadiq Kərimova verildi. Sadiq Kərimov çıxışında neftin tarixindən və “Əsrin Müqaviləsi”nin imzalanmasından söhbət açaraq Neft-Qaz sənayesinin, bütövlükdə iqtisadiyyatımızın inkişafı, ölkəmizin dünyada böyük nüfuz qazanması, etibarlı tərəfdaşa çevrilməsi, hər bir azərbaycanlı vətəndaşının sosial rifah halının yüksəlməsinə böyük təkan verdiyini bildirdi. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “1994-cü ildə “Əsrin Müqaviləsi” imzalanmasaydı buğun Azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi”.
Sonda tədbirin davamı olaraq 20 sentyabr “Neftçilər günü” peşə bayramına həsr edilmiş videoçarx nümayiş etdirildi. 











tarix : 20.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.