ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Sentyabrın 27-də Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən II Qarabağ Vətən Müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Anım Günü tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Anım Gününə həsr olunmuş  tədbirdə Cəmiyyətin rəhbərliyi, departament, şöbə rəisləri, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri və kollektiv üzvləri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev çıxış edərək “Dəmir yumruq” əks hücum əməliyyatı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Müzəffər Ordumuzun sona qədər qəhrəmancasına 44 günlük mübarizəsi nəticəsində Ermənistan işğalçı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsini böyük tarixi hadisə kimi qiymətləndirmişdir.
Çıxışının davamı olaraq Ramil Əliyev bildirdi ki, bugün biz hər birimiz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur qəhrəman igidlər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı, and və uyuduğu məkan müqəddəs ziyarət yeri olduğunu bildirdi.   
Daha sonra çıxış edənlər “Ekologiya” İdarəsinin rəisi Əflatun Həsənov, I Qarabağ Vətən Müharibəsi iştirakçısı İqtisadiyyat və Uçot departamentinin rəisi Əli Bağış, şəhid anası Yeganə Rüstəmova, 44 günlük Vətən Müharibəsinin iştirakçısı Maarif Sadıqov üç il bundan öncə xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək torpaqların işğaldan azad olunması uğrunda qalxdıqları haqq savaşından, müharibənin ən ağır günlərində ordu – xalq vəhdətindən, həmin şərəfli günlərdə istər hərbiçilərimizin, istərsə də arxa cəbhədə qorxmadan, çəkinmədən gecə - gündüz çalışan insanların mərdliyindən, rəşadətindən danışdılar. Daha sonra çıxış edənlər Müzəffər ordumuzun təxribatçı Ermənistan ordusuna qarşı qisas əməliyyatı, 12 sentyabr  2022-ci il tarixində Ermənistanla sərhəd boyu törədilmiş təxribatın qarşısının alınması və 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri haqqında məlumat verdilər.
Anım Gününə həsr olunmuş tədbir “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət göstərdiyi bütün sahələrdə anılmışdır.
Tədbirin sonunda Anım Gününü əks etdirən video çarx nümayiş etdirilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Qazilərimizə Allahdan şəfa diləyirik!
Q A R A B A Ğ   A Z Ə R B A Y C A N D I R ! ! !  























tarix : 28.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.