ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə profilaktiki tədbirlər və dezinfeksiya işləri həyata keçirir.
31 avqust - 13 sentyabr 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları Sanitariya-Epidemioloji Salamatlıq haqqında Azərbaycan Respublikasının 10.11.1992-ci il tarixli 371 saylı Qanunun yoluxucu, parazitar və peşə xəstəliklərinin əmələ gəlməsi və yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən deratizasiya, dezinseksiya və dezinfeksiya (Profilaktik dezinfeksiya tədbirlərini), habelə işçi personalın sürünənlərdən mühafizəsi tədbirlərinin aparılmasını və idarə, müəssisələrdə olan ehtiyat içməli su çənləri müəssisələr tərəfindən mexaniki çöküntülərdən təmizlənir, yuyulur və dezinfeksiya işləri aparılır. SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə müntəzəm olaraq bu tipli işlər davam etdirirlər.

Bu tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2000-ci il tarixli 60 saylı əmrinə əsasən ayda 2 dəfə deratizasiya (gəmiricilərə qarşı mübarızə), 3 dəfə dezinseksiya (həşəratlara qarşı mübarızə) və 3 dəfə də dezinfeksiya (virus və mikroorqanizmlərə qarşı mübarızə) tədbirləri  aparılır. 
“Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun strukturuna aid olan Qaz Emalı zavodunun sex və sahələrində, Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Səngəçal bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, “Neft Daşları”, “Ə.Əmirov” adına NQÇİ-nin inzibati binaları, sex və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Daşgil və Qobustan sahələrində, “28 may” NQÇİ-nin Qazın Tam Hazırlanması və Təhvili (Qaradağ, Zirə, “Neft Daşları”),  Neftin Tam Hazırlanması və Təhvili (Dübəndi, “Neft Daşları”) sahələrində, Dalğıc Xidmətinin 1 saylı İstehsalat (Pirallahı, Qaradağ) sahələrində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat müəssisəsində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron İstehsalat Bölümünün Sabunçu, Sumqayıt və Suraxanı Neftin Nəqli sahələrində, Qaradağ İstehsalat Bölümünün idarə aparatı və  Daşgil, Puta və Lökbatan Neftin Nəqli sahələrində, İxrac və Dübəndi İstehsalat Bölümlərinin inzibati binalarında, Anbar Təsərrüfatı Bölümünün və Səngəçal sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 4, 5 və 6 saylı Tikinti Quraşdırma Bölümlünün Sənqəçal sahələrində və 6, 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında və Elmi Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Etilen-Polietilen zavodunun sex və sahələrində, Təmir-Tikinti İdarəsinin inzibati binasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Metrologiya Departamentində, Mərkəzi Texniki İstismar Xidmətinin Yasamal, Nərimanov, Binəqədi və Nəsimi Texniki Xidmət sahələrində, Abşeron Texniki İstismar Xidmətində, Təmir-Tikinti İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Qəza Təmir Bərpa, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahələrində, 3 və 4 saylı Təmir Quraşdırma və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Bakı Regional Qaz Satış Departamenti və Layihə Konstruktor Bürosunun inzibati binalarında,  Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu, Xətai, Qaradağ, Səbail, Suraxanı və Xəzər Xidmət sahələrində, Zabrat 1 və 2, Xalçaçılıq, Zirə 3 və Buzovna Avtomatlaşdırılmış, Maştağa və Nardaran Qaz Paylayıcı stansiyalarında, Ramanı Kompressorunda, 1 saylı Xəttin İstismar Xidmətinin Səbail, Xocahəsən, Sulutəpə, Alatava, Müşviqabad, Qobu və Pirəküşkül Qaz Paylayıcı stansiyalarında, Tərtər Regional Qaz İstismar İdarəsinin Tərtər, Bərdə, Beyləqan, Ağcəbədi, Fizuli, Ağdam və Yevlax Xidmət sahələrində, Salyan Regional Qaz İstismar İdarəsinin Sabirabad, Saatlı və İmişli Xidmət sahələrində, Qaratəpə, Nərimankənd, Azadkənd, Axundov, Sabirabad, Saatlı, Qaracalar, İmişli və Otuzikilər Qaz Paylayıcı stansiyalarında, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax, Ağstafa, Tovuz və Şəmkir Xidmət sahələrində, Qazax, Əksipara, Şıxlı, Yuxarı Salahlı, Ağköynək, Ağstafa, Köçəskər, Tovuz, Qovlar, Dondar-Quşçu, Alakol, Dəllər, Zəyəm, Əliyaqublu, Çənlibel, Çinarlı və Gədəbəy Avtomatlaşdırılmış Qaz Paylayıcı stansiyalarında, Xanlıqlar, Bayramlı, Sarıtəpə, Gədəbəy, Zəhmət və Morul Qaz Tənzimləyici stansiyalarında, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Qaradağ və Bibiheybət quyularında, Neft Daşları-Günəşli İstehsalat Bölümlərinin inzibati binalarında və 1779 saylı quyusu “Neft Daşları” sahəsində, Təchizat və Logistika Bölümünün 1 və 2 saylı anbar təsərrüfatı sahələrində, Qazma Servis İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Səngəçal sahəsində, “Azəri” Mədən Geoloji Ekspedisiyasında, Kompleks Mühəndis Axtarış, Kəşfiyyatgeofizika İstehsalat Bölümlərində, Geoloji Materialların Emalı və İmpretasiya Ekspedisiyasında, Qaz İxrac İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Hövsan, Sumqayıt, Şimal, Qaradağ, Böyük-şör Avtomatlaşdırılmış, Digah, Masazır, Xırdalan, Balaxanı Kompressor və Modul Elektrik  Qaz Paylayıcı Stansiyalarında, Ağdam Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında və Bərdə Qaz Tənzimləmə Məntəqəsində, Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin Azadkənd Ölçü Qovşağında, Astara Magistral Qaz Kəmərləri sahəsinin Sabirabad Xətti İstismar Xidmətində, Qazax Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında və Semzavod Avtomatlaşdırılmış Qaz Paylayıcı Stansiyasında, Metanol və Karbamid zavodlarının inzibati bina və sahələrində, Sosial İnkişaf İdarəsinin Gənc İstedadlar Təhsil Kompleksinin Kampusunda, İdman zalı kompleksində, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4, 6 və 7 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron-Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət sahəsində, Daşgil-Sənqəçal Rabitə İnformasiya sahəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Çilov adasındakı sahələrində, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, “Neftçi” İdman Klubu İctimai Birliyinin T.İsmayılov adına stadionunda və Qaradağ Təlim İdman bazasında, Ümid-Babək Əməliyyat Şirkətinin Mərkəzi Anbarında, Daşgil Bypass və Səngəçal Baş Qurğularının inzibati binalarında, ümumilikdə 485 530 mderatizasiya, 474 006 mdezinseksiya 34 287 msahədə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR AQŞ-nin ərazisində yerləşən 136 m3-lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 9 875 msahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində, əməliyyat şirkətlərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
















tarix : 29.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.