ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Azneft” İstehsalat Birliyinin Xəzər dənizindəki neft-qaz yataqlarında payız mövsümü ilə əlaqədar ekoloji monitorinq işləri aparılmışdır.
Xəzər dənizi ekosisteminə təsirləri öyrənmək və qiymətləndirmək məqsədi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin Ekoloji monitorinq departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən 2023-cü ilin iş proqramına uyğun olaraq “Azneft” İB-nin  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz yataqlarında sentyabr ayının əvvəlindən başlayan 20 gün davam edən payız mövsümü üzrə planlaşdırılmış ekoloji monitorinq işləri aparılmışdır. 

Ekoloji monitorinq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin xüsusi təyinatlı gəmisi vasitəsilə N.Nərimanov  adına NQÇİ-nin  “Səngəçal-Düvannı-Xərə-Zirə”, Ələt dəniz, Bulla dəniz 8 Mart yataqlarını, Abşeronneft NQÇİ-nin Qərbi Abşeron, Abşeron bankası, Gürgan dəniz yataqlarını, Neft Daşları NQÇİ-nin Neft Daşları və  Palçıq-pilpiləsi yataqlarını, 28 May NQÇİ-nin isə Günəşli yatağını əhatə etməklə ümumilikdə 147 stansiyada həyata keçirilmişdir.
Monitorinqlər zamanı yataqların əhatə etdiyi dəniz akvatoriyasında vizual müşahidələr aparılmış, analitik təhlillər üçün seçilmiş stansiyalardan dəniz dibindən qrunt, bentos nümunələri, su, fito və zooplankton nümunələri götürülmüşdür. Tədqiqatlar zamanı portativ cihazların köməyi ilə su nümunələrinin ilkin fiziki-kimyəvi parametrləri müəyyənləşdirilib, müvafiq qeydlər aparılıb.
Götürülmüş nümunələr analiz olunması üçün idarənin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilmişdir. Laboratoriyada götürülmüş su nümunələri üzərində kimyəvi, dib çöküntüsü nümunələri üzərində  kimyəvi və bioloji, bentik və zooplankton orqanizmlər üzərində hidrobioloji təhlillər aparılacaqdır. Daha sonra alınmış nəticələr ötən illərin ekoloji monitorinqləri zamanı götürülmüş nümunələr üzərində aparılmış təhlillərlə müqayisə edilərək çirklənmənin dinamikasını öyrənməklə ümumi qiymətləndirilmə həyata keçiriləcəkdir.
Alınan nəticələrə uyğun olaraq yataqlar üzrə müvafiq hesabat hazırlanacaq və “Azneft” İB-yə təqdim ediləcəkdir.
Ekoloji monitorinq işləri digər mövsümlərdə olduğu kimi payız mövsümündə də davam etdiriləcək.


















tarix : 29.09.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.