ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin işçilərinin və ailə üzlərinin yay istirahətləri səmərəli təşkil olunmuşdur.
QSC-də çalışan işçilərin sosial müdafiəsi, iş şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və istirahətlərinin səmərəli təşkili daim müəssisə rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Kollektiv və əmək müqaviləsinin şərtlərinə uyğun olaraq bu istiqamətdə mütəmadi zəruri tədbirlər həyata keçirilir. Hər il işçilərin yay istirahəti respublikamızın müxtəlif dilbər guşələrində yerləşən istirahət mərkəzlərində təşkil edilir.

2023-cü ildə də sosial məsələlər və işçilərin ailəvi yay istirahətlərinin səmərəli təşkil olunması diqqət mərkəzində olmuşdur. Bu il işçilərin yay istirahətləri Nabran zonasında “Palma”, Qusar rayonunun “Qusar göl” İstirahət Mərkəzlərində, Quba rayonunun Quba Şahdağ truskavets və Buzovna Reabilitasiya Mərkəzində həm istirahət həm də müalicələri təşkil olunmuşdur. İyul ayının 1-dən başlayaraq QSC-də çalışan işçilər növbə ilə 5 günlük ailəvi istirahət, 12 və 14 günlük müalicəvi istirahətlərini bu istirahət mərkəzlərində keçirməyə başlamışlar. İşçilərin istirahətlərinin mənalı və yüksək səviyyədə keçməsi üçün QSC-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən bütün zəruri tədbirlər görülmüşdür.
QSC-nin Həmkarlar İttifaqı Komitəsinin xətti ilə işçilərin ailəvi istirahətərinin təşkil olunması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Onlara yuxarda adları çəkilən istirahət mərkəzlərində dincəlmələri üçün yollayışlar da verilir. 
Bunlarla yanaşı “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan 68 nəfər işçilərin sağlamlıqlarının qorunması məqsədi ilə respublikamızda yerləşən “Bilgəh”, “Abşeron”, “Naftalan”, “Qaranquş”, “Günəşli”, “Lənkəran Springs” və “Şıx” müalicəvi kurort sanatoriyalarında təyinatları üzrə müalicələri təşkil edilir.
QSC-də çalışan işçilərin və ailə üzvlərinin yay istirahətləri mövsümün sonunadək davam etməklə müalicə və sağlamlıqlarının qorunması daim diqqət mərkəzində olacaq.




















tarix : 03.10.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.