ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko-Park” İnnovasiya Mərkəzində işlər uğurla davam etdirilir
1 sentyabr – 20 sentyabr 2023-cü il tarixində istixana sahəsində 120000 dən çox bitkiyə aqrotexniki qulluq olunub. İstixanada Abşeron yarımadasının iqliminə uyğun olan mövsümi və çoxillik çiçək bitkilərinin toxumları səpilmiş, həmçinin vegetativ üsulla artırılan bitkilərdən qələmlər tədarük olunaraq xüsusi substratlarda əkilmişdir. Köklənmiş qələmlərin və köçürülmə üçün hazır olmuş şitillərin əkilməsi üçün substrat hazırlanaraq polietilen torbalara doldurulmuşdur. İstixana ərazisində 15500 m² sahədə göbələk və bakterial xəstəliklərin törədicilərinə qarşı dezinfeksiya işləri aparılmışdır. Havaların yağmurlu keçməsi ilə əlaqədar istixana daxilində rütubətin yüksəlməsi  bəzi bitkilərdə göbələk mənşəli unlu şeh, kök çürüməsi və vertiselyoz soluxma kimi funqal xəstəlikləri aktivləşdirmişdir. Bu xəstəliklərə qarşı xüsüsi sistem və kontakt təsir mexanizminə malik funqisidlərlə dərmanlama aparılmış və hal hazırda müalicə davam etdirilir. Həmçinin istixanada bitkilərdə sitrus ağqanadlısı, trips, yastıca, tor gənəsi, sovka, güvə, pambıqlı bit kimi zərərvericilər aşkar olunaraq onlara qarşı sistem və kontankt təsirli insektisid – akarisidlərlə mübarizə aparılmışdır. Bitkilərdə vegetativ və generativ orqanların inkişafını surətləndirmək məqsədi ilə mineral və üzvi gübrələrlə 45000 bitkiyə əlavə yemləmə gübrəsi verilmişdir.

Fidanlıq sahəsində 14700 ədəd ağac tinglərinin kök çürüməsinə və digər xəstəliklərə qarşı dərmanlama, 20600 ədəd ağac tinglərinə gübrələmə işləri aparılmış və 3720 m² ərazidə mexaniki üsulla alaq bitkilərinə qarşı mübarizə aparılmışdır. Həmçinin substrat hazırlanaraq polietilen torbalara doldurulmuş və həmişə yaşıl ağac, kol bitkilərindən yaşıl qələmlər tədarük olunaraq əkilmişdir. Ərazidə olan bitkilər təlabatlarına uyğun olaraq mütəmadi suvarılmışdır.
Park ərazisində 35.300 m² yaşıl ot örtüyü (qazon) biçilmişdir, 6358 m² yaşıl ot örtüyünə yemləmə gübrəsi verilmişdir. Bir çox dekorativ ağac və kol bitkilərində göbələk mənşəli  kleosteosporiz və pas  xəstəliyinə qarşı funqisidlər vasitəsilə dərmanlama tədbirləri həyata keçirilmişdir. Həmçinin dekorativ ağac və kollarda ziyanverici həşəratlardan pambıqlı bit, çanaqlı yastıca unlu bit, mənənə, qabıqyeyən böcəklər aşkar olunmuş və onlara qarşı insektisid və akarisid tərkibli preporatlar və aqrotexniki tədbirlər vasitəsilə mübarizə aparılmışdır. Park ərazisində 3570 m² mexaniki üsülla alaq bitkilərinə qarşı mübarizə aparılmışdır. Həmçinin bitkilərin qış fəslinə hazırlamaq  məqsədi ilə mineral və üzvi gübrələrlə 30400 bitkiyə əlavə yemləmə gübrəsi verilmişdir. Ağac, kol və yaşıl ot örtüyü mütəmadi suvarılmışdır.
11.11 ha yaşıllaşdırılmış sahədə təbii amillər nəticəsində dayaqlardan açılmış ağacların dayaqlara bağlanılması, bitkilərin və qazon sahələrinin əl ilə və ya damcı metodu ilə suvarılması, ot biçini, alaq, ağac dibi çalaların bərpası, ağac köklərinin inkişafını təmin etmək məqsədilə gübrələmə, xəstəliklərə və zərərvericilərə qarşı dərmanlama və digər zəruri aqro-texniki işlər aparılmışdır. 
Azneft İstehsalat Birliyinin baş ofisində olan 150 ədəddən artıq otaq və çöl bitkisinə, həftədə bir dəfə olmaqla, mütəmadi olaraq baxış keçirilmişdir. Bitkilərin vegetativ və generativ orqanlarının inkişafını təmin etmək məqsədi ilə tərkibində mikro və makro elementlər olan mineral gübrələr tətbiq edilmişdir.. Həmçinin bitkilərə aqrotexniki qulluğun göstərilməsi qaydaları haqqında işçilərə təlimat keçilmişdir.
Məlum olduğu kimi, hər il 20 sentyabr “Neftçilər Günü” ilə əlaqədar ətraf mühitin sağlamlaşdırılması məqsədilə SOCAR-ın strukturuna daxil olan qurumlarda ağacəkmə aksiyaları keçirilir.
Ətraf mühitin sağlamlaşdırılması və ağacəkmə ənənəsini davam etdirmək  məqsədi ilə 1 sentyabr – 20 sentyabr tarixlərində SOCAR-ın “İnformasiya Texnologiyaları və Rabitə” İdarəsinə 25 ədəd, “Azəriqaz” İB-nə 100 ədəd, “Geofizika və Geologiya” İdarəsinə 200 ədəd, “Neft Kəmərləri” İdarəsinə 398 ədəd, “Sənaye Təhlükəsizliyi” İdarəsinə 10 ədəd, “Karbamid” Zavoduna 720 ədəd, “Kompleks Qazma İşləri” trestinə 100 ədəd, “Neftqaztikinti” trestinə 270 ədəd, “Nəqliyyat” İdarəsinə 120 ədəd, “Azneft”İB-nə ümumilikdə cəmi 7936 ədəd bitki, onlardan “28 may” NQÇİ 4520 ədəd, “Abçeronneft” NQÇİ 917 ədəd, “Dalğıc Xidməti” 67 ədəd, “Dalma Qurğularının Təmiri və Kirayəsi” üzrə Eksperimental istehsalat müəssisəsi 510 ədəd, “Siyəzənneft” NQÇİ 300 ədəd, Qaz Anbarların İstismar İdarəsi 152 ədəd, “N. Nərimanov” adına NQÇİ 200 ədəd, Maddi Texniki Təhcizat İdarəsi 150 ədəd, “Ə.C. Əmirov” adına NQÇİ 500 ədəd, “Neft Daşları” NQÇİ 520 ədəd, Qaz Emalı zavodu 100 ədəd olmaqla ağac, kol və gül bitkiləri əkin üçün təhvil verilmişdir.

















 

tarix : 09.10.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.