ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsi SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə profilaktiki tədbirlər və dezinfeksiya işləri həyata keçirir.

14 sentyabr -  29 sentyabr 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları Sanitariya-Epidemioloji Salamatlıq haqqında Azərbaycan Respublikasının 10.11.1992-ci il tarixli 371 saylı Qanunun yoluxucu, parazitar və peşə xəstəliklərinin əmələ gəlməsi və yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən deratizasiya, dezinseksiya və dezinfeksiya (Profilaktik dezinfeksiya tədbirlərini), habelə işçi personalın sürünənlərdən mühafizəsi tədbirlərinin aparılmasını və idarə, müəssisələrdə olan ehtiyat içməli su çənləri müəssisələr tərəfindən mexaniki çöküntülərdən təmizlənir, yuyulur və dezinfeksiya işləri aparılır. SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə müntəzəm olaraq bu tipli işlər davam etdirirlər.

Bu tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 iyul 2000-ci il tarixli 60 saylı əmrinə əsasən ayda 2 dəfə deratizasiya (gəmiricilərə qarşı mübarızə), 3 dəfə dezinseksiya (həşəratlara qarşı mübarızə) və 3 dəfə də dezinfeksiya (virus və mikroorqanizmlərə qarşı mübarızə) tədbirləri  aparılır. 
SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun strukturuna aid olan Qaz Emalı zavodunun sex və sahələrində, Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Səngəçal bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, “Neft Daşları”, “Ə.Əmirov” adına NQÇİ-nin inzibati binaları, sex və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Daşgil və Qobustan sahələrində,“28 may” NQÇİ-nin 8 saylı Dərin Dəniz Özülüdə, Qazın Tam Hazırlanması və Təhvili (Hövsan, Zirə, “Neft Daşları”),  Neftin Tam Hazırlanması və Təhvili (Dübəndi, “Neft Daşları”) sahələrində, Dalğıc Xidmətinin 1 saylı İstehsalat (Qaradağ) sahəsində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron İstehsalat Bölümünün Sabunçu, Sumqayıt və Suraxanı Neftin Nəqli sahələrində, Qaradağ İstehsalat Bölümünün idarə aparatı və  Daşgil, Puta və Lökbatan Neftin Nəqli sahələrində, İxrac və Dübəndi İstehsalat Bölümlərinin inzibati binalarında, Anbar Təsərrüfatı Bölümünün Səngəçal və Neft Emalı zavodunun sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 4, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlünün “Neft Daşları” sahəsində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında və Elmi Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Etilen-Polietilen zavodunun sex və sahələrində, Təmir-Tikinti İdarəsinin inzibati binasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Sumqayıt Qaz İstismar Xidmətində, Təmir-Tikinti İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Qəza Təmir Bərpa, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahələrində, 2, 3  saylı Təmir Quraşdırma və 2 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Bakı Regional Qaz İstismar Departamentinin Sabunçu, Xətai, Xəzər, Səbail, Sulutəpə, Xocahəsən, Alatava, Müşviqabad, Qobu, Pirəküşkül, Zığ, Türkan 1 və 2, Dübəndi, Xaşaxuna, Zeytun, Mərdəkan, Albalılıq, Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, Abşeron, Keşlə və Suraxanı Xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Bibiheybət quyusunda və Abşeron İstehsalat Bölümünün Qaradağ quyularında, Neft Daşları-Günəşli İstehsalat Bölümlərinin inzibati binasında, Təchizat və Logistika Bölümünün 1 və 2 saylı anbar təsərrüfatı sahələrində, Qazma Servis İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Səngəçal sahəsində, “Azəri”, “Bahar” Mədən Geoloji Ekspedisiyalarında, Kompleks Mühəndis Axtarış, Kəşfiyyatgeofizika İstehsalat Bölümlərində, Geoloji Materialların Emalı və İmpretasiya Ekspedisiyasında, Qaz İxrac İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərləri sahəsinin Yeni Suraxanı, Sumqayıt, Şimal, Qaradağ, Böyük-şör Avtomatlaşdırılmış, Digah, Masazır və Xırdalan Qaz Paylayıcı Stansiyalarında, Nərimanov rayon Qaz Tənzimləmə Məntəqəsində, Metanol və Karbamid zavodlarının inzibati bina və sahələrində, Təhlükəsizlik və Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Sosial İnkişaf İdarəsinin Anbar Təsərrüfatı Bölümündə, İdman zalı kompleksində, Bakı Olimpiya Stadionunda, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Bakı Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron-Qala İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət, Daşgil-Sənqəçal Rabitə İnformasiya sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, Ümid-Babək Əməliyyat Şirkətinin Mərkəzi Anbarında, Daşgil Bypass və Səngəçal Baş Qurğularının inzibati binalarında, Azərbaycan Respublikasında Filialının “Ümid” yatağının 1 saylı Stasionar Dəniz Ozülündə, Məlhəm Hospitalın inzibati binasında, ümumilikdə 428 675 m² deratizasiya, 422 017 m² dezinseksiya 25 343 m² sahədə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR AQŞ-nin ərazisində yerləşən 40 m3-lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 10 200 m²  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində, əməliyyat şirkətlərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

















 

tarix : 11.10.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.