ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

8 Noyabr – “Zəfər Günü” münasibəti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də tədbir keçirilmişdir.
07 Noyabr 2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-də 8 Noyabr – “Zəfər Günü” münasibəti ilə 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüş keçirilmişdir.

Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər heyəti, departament və şöbə rəisləri, şəhid ailələri, 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları və kollektiv üzvləri iştirak etmişlər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının himni səsləndi. Daha sonra Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun müşaviri, Baş direktorun vəzifə səlahiyyətləri icra edən Rəşad Mustafayev çıxış edərək “Dəmir yumruq” əks hücum əməliyyatı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Müzəffər Ordumuzun sona qədər qəhrəmancasına 44 günlük mübarizəsi nəticəsində Ermənistan işğalçı qüvvələri tərəfindən zəbt edilmiş torpaqlarımızın azad edilməsini böyük tarixi hadisə kimi qiymətləndirdi.
Çıxışının davamı olaraq Rəşad Mustafayev bildirdi ki, bugün biz hər birimiz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur qəhrəman igidlər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı, and və uyuduqları məkan müqəddəs ziyarət yeri olduğunu bildirdi.   
Daha sonra Rəşad Mustafayev 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları Altay Hüseynovu, Afiq Məmmədovu, Surət Fərzəlibəylini, Mahir Cəfərovu və Maarif Sadıqovu müharibədə göstərdikləri fədakarlığa görə və qələbə münasibəti ilə təbrik etdi, şəhid ailələri Yeganə Rüstəmovaya, Rəqiyyə İsmayılovaya şəhidlərimizə Uca Allahdan rəhmət diləmiş, qürurlu olmaları və xalqımızın onları boya-başa çatdıran insanlar qarşısında borcunun daha dərin olduğunu bildirdi. 
Görüşdə çıxış edən İqtisadiyyat və Uçot departamentinin rəisi, Birinci Qarabağ Müharibə veteranı Əli Bağış da təbrikə qoşularaq qəhrəman döyüşçüləri ürəkdən təbrik edərək can sağlığı və ailə xoşbəxtliyi arzuladılar. 
Tədbirin davamı olaraq 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları Altay Hüseynov keçdiyi döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verdi və onun çıxışı çox maraqla qarşılandı. 
Daha sonra Zəfər gününə  həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbirdə Qarabağ Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə pul mükafatı təqdim edilmişdir.
Qarabağ Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri onlara verilən yüksək qiymətə görə “Ekol Mühəndislik Xidmətləri” QSC rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildirdilər.   
Sonda Qarabağ Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə xatirə şəkili çəkdirildi.
Görüş Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə yekunlaşdı.

           Qarabağ Bizimdir!
           Qarabağ Azərbaycandır!












 

tarix : 07.11.2023

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.